Türkiyə bələdiyyəsi əlil vətəndaşların həyatını asanlaşdırır
Paralel.az xəbər verir ki, Ankara Pursaklar Bələdiyyəsinin əlil vətəndaşlar üçün həyata keçirdiyi xidmətlərdən biri - Əlillər Sosial Təsisatı müxtəlif sosial və mədəni fəaliyyəti həyata keçirir. Türkiyə mətbuatına görə, Pursaklar Bələdiyyəsi tərəfindən əlil vətəndaşların və ailələrin həyatını asanlaşdırmağa xidmət edən Əlillər üçün Sosial Müəssisədə idman, musiqi, dram, kulinariya bacarıqları və əl işləri kimi fəaliyyətlər təhlükəsiz bir şəraitdə təmin edilir.
“Maneəsiz bir Pursaklar üçün çalışırıq” deyən Pursaklar bələdiyyə başçısı Ertuğrul Çətin bu xidmətləri yerinə yetirərkən bütün vətəndaşları nəzərə aldıqlarını söyləyib: “Əlilliyi olan uşaqlarımızın nəfəs ala biləcəyi, onların bir yerdə olduğu və əyləncəli vaxt keçirdikləri sosial obyektimizlə biz rayon sakinlərimizə xidmət etməyə davam edirik. Əlil uşaqlarımız burda özlərini daha azad hiss edəcəklər və daha çox imkanlar əldə edəcəklər. Burada fərqli ictimai fəaliyyətlər, idman tədbirləri və muzey ziyarətləri ilə ictimai həyatı təmin edirik. Maneələri sevgiylə aşaraq və göstərdiyimiz xidmətlərlə maneəsiz bir Pursaklar üçün çalışırıq”.
Nigar