Saakaşvili virusun Gürcüstanda yayılmasında rus turistlərini ittiham edir

Saakaşvili virusun Gürcüstanda yayılmasında rus turistlərini ittiham edir
 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstanda COVID-19-un ötən il payız seçkiləri ərəfəsində rusiyalı turistlər tərəfindən süni şəkildə yayıldığını söyləyib.
M.Saakaşvili hakim “Gürcü Arzusu” partiyasını və qurucusu Bidzina İvanişvilini Avropa Şurasının prezidenti Şarl Mişelin köməyi ilə imzalanan müxalifətlə müqavilədən çıxmaq qərarına görə tənqid edib. O qeyd edib ki, B.İvanişvilinin planları başa düşüləndir: “Avqust ayında bütün dünya və gürcülərin bir hissəsi tətildə olarkən, o, müxalifət mediasını bağlamaq niyyətindədir. Sonra da insanları qorxutmaq üçün COVID-19 adı altında məhdudiyyətlər qoymaq niyyətindədir. COVID -19 da süni şəkildə yayılıb, çünki keçən il seçkilərdən əvvəl rusiyalı turistlər ölkəyə gələrkən virus yayıldı”.
Eks-prezident onu da bəyan edib ki, Gürcüstan hakimiyyəti hələ də yoluxmuş şəxsləri saxta sertifikatlarla ölkəyə buraxmaqda davam edir.

Nigar

0.021239995956421