İtaliyada koronavirusun dördüncü dalğası başlandı

İtaliyada koronavirusun dördüncü dalğası başlandı
 

Paralel.az iNTERFAX.RU-a istinadən xəbər verir ki, COVID-19 ilə bağlı vəziyyəti müstəqil olaraq izləyən İtalyanın "Gimbe" fondu koronavirusun dördüncü dalğasının İtaliyanı bürüdüyünü bildirib. Bu barədə "Corriere della Sera" qəzeti cümə axşamı yazıb.
Fonduna görə, 21-27 iyul tarixlərində İtaliyada yenidən koronavirus infeksiyasını nəticələrində ölənlərin sayında artım qeydə alınıb. Bundan əvvəl 15 həftə ardıcıl olaraq ölkədə bu göstərici azalmaqda idi.
Bundan əlavə, keçən həftə COVID-19-a yoluxma hallarında 64% artım qeydə alınıb (əvvəlki həftə 19.390 ilə müqayisədə 31.963 olub). Hazırda İtalyanın xəstəxanalarındakı reanimasiya şöbələrində xəstələrin sayı 14,5% artıb.
28 iyul tarixinədək İtaliya əhalisinin 11,3% -i bir, 52.3%-i isə hər iki doza COVID-19 peyvəndi alıb.
Akif

0.015563011169434