Çində nüvə raket sahəsinin inşası davam edir

 

 

Çində nüvə raket sahəsinin inşası davam edir  
 

Paralel.az xəbər verir ki, BBC-nin Amerika Alimlər Federasiyasının hesabatına görə, Çinin Sincan əyalətindən alınan peyk görüntülərində inşası davam edən nüvə raket sahəsinin təxminən 110 olduğu bildirilib. Türkiyə mətbuatının yazdığına görə, bu, Qərbi Çində son iki ayda inşa edilən ikinci yeni bir sahədir. Qurumun hesabatına görə, Yümendən təqribən, 380 kilometr şimal-qərbdə yerləşən Hami bölgəsində yeni poliqon inşa edilir.

Xəbərdə qeyd edilib ki, ABŞ və Rusiya qlobal silahlanmanın məhdudlaşdırılmasına dair danışıqlara hazırlaşarkən, Çin indiyə qədər silahlara nəzarət üzrə danışıqlarda iştirak etməyib. ABŞ Müdafiə Nazirliyinin Strateji Qüvvələr Komandanlığı isə hesabatla bağlı narahatlığını Twitter-dəki paylaşımında dilə gətirib. Məlumata görə, Pentaqon keçən il Çində 200-dən çox nüvə başlığı ehtiyatının olduğunu və bu məbləği ən azı iki dəfə artırmağı hədəflədiyini açıqlayıb. Həmçinin, ABŞ-ın təxminən 3.800 nüvə başlığına sahib olduğu da bildirilib.

Nigar

0.014113187789917