Türkiyə və Rusiya Krımın statusu ilə bağlı razılığa gələ bilər?
Paralel.az xəbər verir ki, Krım tatarlarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Eyvaz Umerov yarımadanın Rusiya Federasiyasının bir hissəsi olaraq tanınması üçün türk səlahiyyətlilərinə müraciət edib. Ria.Novostinin məlumatına görə, daha öncələrdə Maltepe Türk Universitetinin professoru Həsən Ünal “Lente.ru”ya açıqlamasında bildirib ki, Moskva Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanıyacağı təqdirdə, Rusiya və Türkiyə Krımın statusu ilə bağlı razılığa gələ biləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində bölgələrin heç bir əməliyyat mövzusu ola bilməyəcəyini söyləyib.
E.Umerov deyib ki, Türkiyə rəhbərliyi ardıcıl olmaq istəyirsə, Krım tatarlarına dəstək siyasi piar deyilsə, o zaman yarımada Rusiya Federasiyasının bir hissəsi kimi tanınmalıdır.
Daha öncələrdə isə söylənilib ki, Krımın Rusiya tərəfindən tanınması ilk növbədə ölkənin konstruktiv əlaqələr qurmaq istəyən tərəfdaş ölkələr üçün lazımdır: “Kipr Türk Cümhuriyyətinin tanınması məsələlərini müzakirə etmək və hərraca çıxarmaq onların öz işidir, ölkəmizin kimsənin arxasınca qaçmasına ehtiyac yoxdur”.
Xəbərdə qeyd edilib ki, Kipr 1974 -cü ildən etibarən faktiki olaraq yunan və türk icmaları arasında bölünüb. 1983-cü ildə adanın şimalında Şimali Kipr Türk Cumhuriyyəti elan edilib: “Yalnız Kipr Respublikası beynəlxalq aləmdə tanınmış olaraq qalır və faktiki olaraq adanın cənubuna nəzarət edir. Yunanlar və türklər uzun illərdir ki, Kiprin siyasi birləşməsi üçün danışıqlar aparır, lakin hələ də buna nail ola bilmirlər”.
Nigar