Rusiya Türkiyə ilə Krıma dair razılaşmani rədd etdi
Paralel.az xəbər verir ki, Rusiyanın Şimali Kipr rəsmilərini qəbul etməsinə cavab olaraq Türkiyənin Krımı tanımaq ideyası daha əvvəl Türk Universitetinin professoru Maltepe Həsən Ünal tərəfindən irəli sürülmüşdü. Rusiya əraziləri heç vaxt heç bir əməliyyatın mövzusu ola bilməz və olmayacaq da.
RİA NOVOSTİ xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Şimali Kipri qəbul etməsi müqabilində Türkiyənin Krımı tanımaq təklifinə cavab olaraq deyib: “Birincisi, Türkiyənin hörmətli bir professorunun fikri Ankaranın rəsmi mövqeini təcəssüm etdirə bilməz. İkincisi, əlbəttə, Rusiya ərazisi heç bir mubadilənin mövzusu ola bilməz və olmayacaqdır. Bu müzakirə mövzusu deyil”. Xatırladaq ki, Şimali Kipr Türk Cümhuriyyəti 1975-ci ildə rəsmi olaraq hərbi çevriliş nəticəsində Kiprin Şimal və Güney hissəyə bölünmasi ilə elan edilib. Moskva bu əraziləri müstəqil olaraq tanımır.
Akif