Peyvəndə əks göstərişi kim müəyyən edəcək?

Peyvəndə əks göstərişi kim müəyyən edəcək?
 

Adil Qeybulla: "Hətta, bu kateqoryaya aid olan xəstələri belə fon yaratmaqla peyvənd etmək mümkündür"

Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində elan edilən qərarlardan belə çıxır ki, peyvənd pasportu olmayan vətəndaşları ciddi məhdudiyyətlər gözləyir. Bütün ali təhsil müəssisələrində oxuyan tələbələr, iri ticarət mərkəzlərinə, məişət xidmətləri göstərən obyektlərə daxil olan hər kəsdən COVİD-19-a qarşı peyvənd olunması ilə bağlı sənəd tələb ediləcək. Bununla yanaşı demək olar ki, işləyən hər kəsdən peyvənd pasportu tələb ediləcək. Belə bir qərarın qəbul edilməsi başqa bir məsələni gündəmə gətirir - COVİD-19 peyvəndinə qarşı əks göstəriş olduğu, yəni peyvəndin vurulması qadağan edilən şəxslərin müəyyənləşdirilməsi necə həyata keçiriləcək? Bundan sui-istifadə edərək, sağlam ola-ola əks göstərih barədə arayışların verilməsinin qarşısını ala bilən bir mexanizm varmı?

Məsələ ilə bağlı professor Adil Qeybulla bildirdi ki, COVİD-19 peyvəndi üçün əks göstərişi həkim müəyyən edir: "İstənilən halda vətəndaş öz orqanizminin peyvəndə qarşı əks göstəriş kateqoriyasına aid olduğunu müəyyənləşdirə bilməz. Bu peyvənd vurularkən orada fəaliyyət göstərən həkim komissiyası tərəfindən müəyyən edilir. Vətəndaş bütün narahatlıqları və xəstəlikləri barədə komissiyaya məlumat verir və komissiya bunun əsasında qərar qəbul edir, vətəndaşa peyvənd vurula bilər, yoxsa yox. Məsələn, bütün bronxial astmalar və digər ağ ciyyər xəstəlikləri olan pasientlər peyvənd vurulmasına göstəriş kateqoriyasına daxildir. Çünki bu tip xəstəlik daşıyıcıları koronavirusa yoluxduqda xəstəliyi çox ağır keçirirlər. O ki qaldı digər əks köstərişlərə, bunlara hamiləliyin ilk üç aylığında olan analar, onkaloji xəstəliklərin hansısa terminal stadyasında olan xəstələr, həddən artıq allergik reaksiyaları olan insanlar və s daxildir. Hətta, bu kateqoryaya aid olan xəstələri belə, fon yaratmaqla, peyvənd etmək mümkündür. Lakin əsaslı bir səbəb varsa, bunu artıq orada fəaliyyət göstərən komissiya müəyyənləşdirərək, ya peyvənd vurulmasına göstəriş verir, ya da əks göstəriş barədə vətəndaşa arayış təqdim edir. Həmin komissiya da onlarda olan xüsusi təlimat əsasında qərar qəbul edir. Koronavirus xəstəliyini keçirmiş vətəndaşlara gəldikdə isə, onlar sağaldıqları tarixdən altı ay sonra bir doza vaksin almalıdırlar. Burada sui-istifadə hallarına isə müvafiq dövlət qrumu olan TƏBİB nəzarəti həyata keçirir".

Akif

0.024028062820435