İrkutskda vəziyyət çətinləşib
Paralel.az xəbər verir ki, İrkutsk xəstəxanalarında oksigenə tələbat əvvəlkindən çox artıb. Şəhərdəki mənbəmizin sözlərinə görə, koronavirus pandemiyası başlayandan, bu vəziyyət daha gözəçarpan şəkildədir.
Şəhərin tibb müəssisələrində oksigen çatışmazlığı ucbatından, rəsmi orqanlar onu Tomsk, Novosibirsk, Xabarovsk və başqa yerlərdən satın almağa məcbur qalıb. Mənbə, İrkutsk ərazisindəki tibb müəssisələrinə gündəlik 34-35 ton oksigen gərəkdiyini söyləyib. Tələbat çoxaldığından, bu məqam qiymət artımına gətirib-çıxarıb. Belə ki, adi vaxtda tonu 115, yaxud 125 min rubl olan oksigenin qiyməti indi dəfələrlə artıb. Yəni gündəlik tələbatı ton şəklində qiymətə vuranda, rəqəmin kifayət qədər çoxluğu açıq şəkildə görünür. Bu da sakinlərin virusla mübarizə şəraitində əlavə çətinliklərlə üzləşməsinə səbəb olub.
Nigar