155- “bağırma” mərkəzi

155- “bağırma” mərkəzi
 
Texniki imkanların primitiv olduğu dövrlərdə hansısa problemlə bağlı istədiyin idarə və təşkilatla rahatlıqla telefon əlaqəsi yaradıb dərdini deyə, nəyisə soruşa bilirdir.
Başqa məsələdir dərdinə əlac edilirdi, ya yox. Söhbət telefon zənglərinə opetativ cavab verməkdən gedir. Texniki tərəqqi inkişaf etdikcə məntiqlə xidmətin səviyyəsi və operativliyi də artmalı idi. Amma görünən budur ki, bizdə hər sahədə olduğu kimi burda da əksinə baş verir. Demək olar ki, bütün xidmət sahələri, dövlət qurumları özləri üçün bir “Çağrı mərkəzi” yaradıblar. Guya ki, əlimyandıda bura zəng edənin şikayəti operativ qeyd alınacaq və lazımi instansiyaya çatdırılacaq.
Bəla bundadır ki, bu gün vətəndaş hansısa məsələ üçün istənilən (102, 103,112 istisna olmaqla) “Çağrı mərkəzi”nə zəng edəndə bayağı musiqiyə qulaq asmaqdan az qalır infarkt keçirsin. Robort hər dəfə “Hazırda operatorlar məşğuldur, zəhmət olmasa xəttə bir az gözləyin” dedikcə sən də poborta qışqlrır, yağlı-yağlı sözlər deyirsən. Sonuncda da bezib telefonun dəstəyin asırsan.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də vahid çağrı mərkəzi yaratmaqla insanların onsuz da gərgin əsəbləriylə oynayır. Telefon işləmir, 155 “Çağrı mərkəzi”nə zəng edirsən ki, səbəbini öyrənəsən. Gəl ki, mərkəz robortun ixtiyarında: "Hazırda operatorlar məşğuldur, zəhmət olmasa bir az xəttə gözləyin". Soruşa da bilmirsən ki, robot qardaş "bir az" yəni neçə dəqiqə. Beləcə biz xırda bir problemə görə 38 dəqiqdə Nazirliyin musiqi festivalına çıxardığı çingiltili musiqini dinləmək zorunda qaldıq. Dostum bezib dəstəyi atdı, estafeti mən davam etdirdim və qeyd edilən vaxtda nəhayət ki, xanım operator səsimizə səs verdi. O müddətdə roborta o qədər qışqırdım ki, axırda səsim də batdı. 
İndi bilmirəm bu üçrəqəmli “Çağrı mərkəz”lərini necə adlandırmaq lazımdır: "Çağrı, yoxsa Bağırmaq mərkəzi"?
 
Səma
0.061482906341553