ABŞ hərbiçiləri Almaniyadan Gürcüstana təlimə getdi

ABŞ hərbiçiləri Almaniyadan Gürcüstana təlimə getdi
 

Azərbaycan hərbiçıləri "Çevik Ruh 2021" hərbi təlimlərində iştirak edəcək

Paralel.az xəbər verir ki, ABŞ çoxmillətli "Agile Spirit 2021" ("Çevik Ruh 2021") təlimlərində iştirak etmək üçün Ramşteyn aviabazasından (Almaniya) bir neçə yüz hərbi personalı və "Black Hawk" helikopterini Gürcüstana göndərib.
İNTERFAX.RU bildirir ki, Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbəri təsdiqləyib. Xidmətin məlumatına görə, helikopterlər tibbi evakuasiya qrupunun tərkibində olmaqla hərbi təlimlərdə istifadə ediləcək.
Bundan əvvəl Gürcüstan Müdafiə Nazirliyi Gürcüstanda onuncu dəfə keçiriləcək illik "Çevik Ruh" təliminin 26 iyul - 6 avqust tarixlərində baş tutacağını bildirmişdi.
Təlimlərdə 15 ölkədən - Gürcüstan, ABŞ, Estoniya, Almaniya, Latviya, Litva, Rumıniya, Polşa, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, Kanada, İtaliya və Azərbaycandan təxminən 2500 hərbçi iştirak edəcək.


Akif

0.060707807540894