Yanğında iki nəfər həyatını itirib
Paralel.az xəbər verir ki, Buryatiyanın Muxorşibirski rayonunun Novıy Zaqan kəndindəki xüsusi evdə bu gün yanğın hadisəsi baş verib. Buryatiyadakı mənbəmiz bu barədə məlumat verib. Novıy Zaqan kəndindəki evdə baş verən yanğın nəticəsində iki nəfərin cəsədi tapılıb. Onlardan biri 60 yaşlarında qadın, digəri isə 12 yaşında uşaq olub. Yanğının səbəbləri araşdırılır. Qeyd edək ki, Buryatiya ərazisində əksərən, taxta mənşəli evlər olduğundan, bu cür hadisələrdən qaçmaq mümkün deyil.
Nigar