Putin və Paşinyan Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə edib

Putin və Paşinyan Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə edib
 

Paralel.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. RİA.Novostinin məluatına görə, söhbətin erməni tərəfinin təşəbbüsü ilə baş verdiyi qeyd olunub. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Bundan öncə isə, Peskov Qarabağdakı vəziyyətin tənzimlənməsinin gedişatından danışıb.

Xəbərə görə, ticarət, iqtisadi, enerji, humanitar və digər sahələrdə Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələləri nəzərdən keçirilib. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib və bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması mövzusuna toxunulub. Məlumata görə, müxtəlif səviyyələrdə gələcək əlaqələr barədə razılığa gəlinib.

Nigar

0.048308849334717