Minsk Qrupunu siyasi səhnədən çıxmalıyıq
Bu qurum 30 il ABŞ, Rusiya, Fransa və Ermənistanın mənafeyinə xidmət edib
Zaman-zaman biz böyük dövlətlərin ağıllı görünən, hiyləgər çağırışlarını eşitmişik, ABŞ-ın- 20 iyuldaki bəyanatı da o sıradan olan çağırışlardandır: “Hər iki tərəfi (Azərbaycan və Ermənistan nəzərdə tutulur) qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”.
Bu çağırış valideyinin iki dalaşan uşağını mehriban olmağa çağırmasına bənzəyir. Amerikalılar da gözəl bilir ki, bu çağırış heç nəyi həll etmir, hər iki dövlət bunu anlayır. Bu çağırış yalnız ABŞ-ın özünə lazımdı, dünyada ədalətli və sülhsevər dövlət imici yaratmaq üçün...
Amerika münaqişənin ədalətli həllini istəsəydi onun da təmsil olunduğü ATƏT-in Minalı qrupu 30 il ərzində münaqişənin həllində irəliləyişə nail olardı, təcavüzkar, işğalçı ilə zərər əkmiş dövləti eyniləşdirməzdı. Eynən yuxarıdakı misaldakı kimi - ela bil valideyin dalaşan iki uşağı kimin haqlı, kimin haqsız olmasına əhəmiyyət vermədən ayırıb, hər ikisinə müdrikcəsinə tövsiyyə verir - mehriban olun, dalaşmayın. Hətta, valideyin də bu cür yanaşma ilə istəyinə çata bilmir, çünki belə yanaşma ədaləti bərpa etmir. Ona görə də hesab edirik ki, Azərbaycan hökuməti beynəlxalq səviyyədə böyük dövlətlərin bu cür yalançı, arxasında heç bir mexanizmi olmayan, loyal bəyanatlarını ifşa etməlidir. Bununla biz xalq və dövlət olaraq beynəlxalq ictimaiyyətdən ədalət tələb etməli, o dövlətlərin yalan danışdığını onların diqqətinə çatdırmalıyıq. Necə yəni, işğalçı və təcavüzə məruz qalan iki ölkəni eyniləşdirmək, hər ikisinə eyni ritorika ilə "barışın" cağrışı etmək olarmı? Əlbəttə, yox, işğalçıya deyilməlidir ki, işğal etdiyin yad torpaqlardan çəkil, buna nail olunduqdan sonra onları bərabər şəkildə sülhə çağırmaq olar. İndiki halda isə ATƏT-in Minsk qrupunun 30 ilə azad edə bilmədiyi Azərbaycan torpaqlarını müzəffər Ordumuz 44 günə azad edibsə, hələ də Yuxarı Qarabağda Azərbaycanın suveren hüquqları tam bərpa edilməyibsə, onda Azərbaycan Ermənistanla necə barışa bilər? Bunu amerikalılar da gözəl başa düşür. Amma vaxtilə münaqişədən sui-istifadə edərək, öz mənafeləri üçün Ermənistan üzərinə müəyyən öhdəliklər qoyduqlarından, erməniləri təcavüzkar kimi tanımaqdan yan keçirlər. Halbuki, hər üç dövlət - ABŞ, Fransa və Rusiya zaman-zaman Qarabağ münaqişəsindən öz mənafeləri üçün dəfələrlə istifadə ediblər, bəhrələniblər. Bu səbəbdən də münaqişənin həllində ədalətli mövqe tuta bilmirlər və bu mümkün də deyil. Bu səbəbdən də, kimin nə deməsindən asılı olmayaraq Azərbaycan ATƏT-ın Minsk qrupunun yenidən "sürülməsinə" imkan verməməlidir. Bu qurum konkret olaraq ABŞ, Rusiya, Fransa və Ermənistanın manafeini müdafiə edıb, Azərbaycanı isə bu mənafelərə qurbanlıq kimi tanıyıb. Ona görə də ATƏT-in Minsk qrupunun tarixə qovuşması üçün Azərbaycan hökuməti əlindən gələni etməlidir. Burada çətin bir iş də yoxdu, əsaslı şəkildə qurumun vasitəçiliyindən imtina etmək və ikitərəfli danışıqlara başlamaq vacib lazımdır.
Akif Nəsirli