Operatorlar pullu rabitə xidmətlərini gizlədirlər
Paralel.az xəbər verir ki, mobil operatorlar həmişə gizli yollarla pul qazanmağa çalışaraq, pulsuz xidmətlərdən pullu xidmətlərə keçdikdə heç vaxt xəbərdarlıq etmirlər. Buna görə də hər bir abunəçinin iki həftədən-bir şəxsi hesabında pullu xidmətlərin mövcudluğunu izləməsi daha etibarlıdır. Bunu Telecom informasiya-analitik agentliyinin direktoru Denis Kuskov söyləyib.
RİA.Novostinin məlumatına görə, mütəxəssis bununla bağlı xəbərdarlıq edib: “Şəxsi hesabınızda qoşulmadığınız, yaxud pulsuz, lakin ödənişli bir xidmət görürsünüzsə və belə bir xidmətə ehtiyacınız yoxdursa, onu söndürməlisiniz”.
Ekspert operatorların müxtəlif əlaqə seçimlərindən, məsələn, USSD istəklərindən, SMS-dən istifadə etdiyini də vurğulayıb.
Nigar