Dövlət Məşğulluq Agentliyi Füzulidə sosial işçilərin işini təftiş edir–Alı Alıyev niyə narahatdır?
İki gün öncə RealMedia.az saytı olaraq “Alı Alıyevin ictimai korrupsiyası – İcra başçısının həbsinə yetəcək faktlar…” başlıqlı yazı dərc etmişdik.
Yazıda Füzuli rayonunda haqqı ödənilən ictimai işlərə cəlb olunmuş kimi göstərilən 342 nəfərin əksəriyyətinin işə çıxmadıqları, məşğulluqlarını başqa sahələrdə təmin etdiklərindən kasıbçılıq meyarlarına uyğun gəlməyən “sosial işçilərin” adları əks olunurdu. Eləcə də qeyd etmişdik ki, rayonda sosial durumu aşağı olan, bu cür işlə təmin olunmaq üçün müraciət etmiş xeyli işsiz, kasıblıq həddindən də aşağı həyat tərzi keçirən vətəndaşlar varkən, ayrı-ayrı imkanlı şəxslərin adları sosial işçi kimi müxtəlif idarə və müəssisələrə yazılıb.
Dərc etdiyimiz yazıda əks olunmuş həmin faktları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən bugündən etibarən Füzulidə kütləvi yoxlanmasına başlayıb.
Artıq Dövlət Məşğulluq Agentliyin 17 saylı filialının əməkdaşları kütləvi yoxlamalar aparmaq üçün Füzuli rayonundadır, kənd və qəsəbələrdə sosial işçilərin işə davamiyyətini yoxlayır.
Xəbər verən mənbə iddia edir ki, aparılan yoxlamalar zamanı Baytarlıq, Qaz, İşıq, kənd təsərrüfatı və su təminatı sahələrində haqqı ödənilərək ictimai işlərə cəlb olunan işçilərin işə gəlmədikləri müəyyən olunub və adları yazılaraq götürülüb.
Mənbə onu da iddia edir ki, yoxlama zamanı maraqlı epizod da yaşanıb. Belə ki, Böyük Bəhmənil kəndinin ərazi icra nümayəndəsi qəflətən təftişçiləri qarşısında görərkən dili dolaşıb və onlara “yoxlama olacağını bilməmişik, əgər bilsəydik işçilərə əvvəlcədən xəbər göndərərdik işə çıxardılar” deyə vəziyyətdən çıxmağa çalışıb.
Redaksiyadan: RealMedia.az olaraq aparılan yoxlamalarla bağlı bilgi əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə rəsmi sorğu məktubu ünvanlamışıq. Həmin sorğumuza cavab aldıqdan sonra ictimaiyyəti daha geniş şəkildə məlumatlandıracağıq.
RealMedia.az
P. S. Alı Alıyevin qoruyucu "mələkləri" hələ ölməyiblər, hər ikisi sappasağlamdılar, biri Milli Bankda və o biri də Baş nazirin müşavirliyində sökməklə məşğuldur.