Deputat Etibar Əliyev: "Jurnalistlər üçün tikilmiş evlər şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə verilsin"...
Öz borcundan danışmır, ölkə Prezidentinə təklif verir...
"Nə yoğurdu, nə yapdı, millətdən xəbərsiz MM-in bir-iki iclasında oturub, ayda 5 mindən çox pul tapan" və 120 nəfərdən biri olan Etibar Əliyevin bu təklifi cəmiyyətdə və jurnalistlər cameəsində birmənalı qarşılanmayıb.
Etibar Əliyev belə təklif verməklə, ilk növbədə, müharibənin odundan-alovundan, ölümdən belə qorxmadan öz peşə borcunu ləyaqətlə yerinə yetirərən şəhid, əlil və qazi jurnalistləri unudur.
E. Əliyev onu da unudur ki, 30 ilə yaxın müddət davam edən müharibədə verdiyimiz 35 mindən çox şəhid, 80 minə yaxın əlil və yüzminlərlə qazilər arasında nə bir nəfər deputat, nə də bir nəfər deputat oğlunun adına rast gəlinmir.
Ermənistanla apardığımız 44 günlük Vətən Müharibədə şəhid, əlil və qazi olmuş neçə-neçə jurnalist və onların övladları Azərbaycan torpaqlarının işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlığa görə, ölkə Prezidenti tərəfindən orden və medallarla təltif olunduğunu Etibar Əliyev kimi, kimlərinsə ətəyindən yapışmaq hesabına mandat qapanlar unudurlar.
Etibar Əliyev əgər sağlam düşüncə ilə şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə, həqiqətən ürəyi yanırsa, özünün və digər deputatların havayı aldıqları 5-10 min aylıq əməkhaqqılarını, saysız-hesabsız mülklərini, biznes şəbəkələrini vermək barədə təklifi niyə vermir?!...
Etibar Əliyevdən soruşmaq lazımdır ki, sən və öğlun Vətən Müharibəsi dövründə harada idiniz?! Millət vəkili kimi, Vətən müharibəsində üzərinizə düşən vətəndaş borcunu niyə yerinə yetirməmisiniz, yaxud borcunuzu harada vermisiniz?!..
Etibar Əliyevə veriləcək suallar çoxdur, lakin belə bir təklif verən deputata vaxt ayırmağın mənası yoxdur...
Züleyxa