İcra başçısı Qarabağ qazisini və oğlunu döydürüb - Prezidentə şikayət
Asif Ağayev bütün əxlaq normalarını ayaq altına atıb
Beyləqan rayonunun Çəmənli kənd sakini, Qarabağ qazisi Araz Ağalar oğlu Mikayılov dünən "Paralel TV"-də canlı yayıma qatılaraq, ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib.
Qarabağ qazisi Prezidentə müraciətində icra başçısı Asif Ağayevin Qarabağ qazilərinə qarşı çox pis münasibət göstərdiyini, hətta onların hüquqlarını kobud pozduğunu, rayonda başçının qoçusu qisməində fəaliyyət göstərən-Beyləqan RİH-nin Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri İlqar Əliyev və Çəmənli kəndi üzrə ərazi nümayəndəsi Əllədin Cəfərovun Arazı və oğlu Mikayılov Mikayıl Araz oğlunu vəhşicəsinə döydürdüklərini bildirib.
Törədilən bu cinayət hadisəsi üzrə işi aparan Beyləqan RPŞ-nin tədqiqatçısı Əli Kərimzadə isə, ağır döyülmə cinayətini təmənna ilə yüngül xəsarət kimi, ACPM-nin 128-ci və 157-ci maddələrilə cinayət işi açıb.
Bundan sonra tədqiqatçı Əli Kərimzadə barışıq ərizəsi almaq üçün Arazın evinə gəlib, lakin barışıq ərizəsi ala bilməyən tədqiqatçı qısa müddətdən sonra cinayət işinə xitam verib.
(Ardı var)
Röyal