Rusiya öhdəliklərini yerinə yetirmədiyini etiraf edir, yoxsa...

Rusiya öhdəliklərini yerinə yetirmədiyini etiraf edir, yoxsa...
 

Sülhəddin Əkbər: "Bizə qarşı müharibəni aparan Rusiyadır, Ermənistan və "Dağlıq Qarabağ" sadəcə olaraq onun vəkilləri idlər"

Məlum olduğu kimi, Şuşanın atəşə tutulmasına münasibətində Rusiyanın Müdafiə Nazirliyi rəsmən elan edir ki, 10 noyanır bəyannamasinin 4-cü bəndi hələ də icra edilməyib, yəni erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisindədir: “Şuşa şəhərinin şimal-qərbindəki ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edilib”.

Əslində isə yuxarıda qeyd etdiyimiz kimi, Rusiya artıq bu vaxta qədər öz nəzarətində olan ərazilərdən erməni silahlı birləşmələrini çıxarmalı idi.

Paralel.az xəbər verir ki, məsələyə aydınlıq gətirən AzDP sədri, siyasi şərhçi Sülhəddin Əkbər deyir ki; - " 30 ilə yaxındır deməkdən yorulmuşam, Rusiya keçmiş müstəmləkəsinə qarşı heç vaxt bitərəf ola bilməz. Bundan əlavə, Ermənistanın hərbi siyasi müttəfiqi, KTMT-də eyni blokda təmsil olunan bir ölkə - Rusiya Azərbaycana qarşı necə bitərəf qala bilər, mümkün deyil. Rusiya Azərbaycan ərazisində "sülhməramlı" missiya yerinə yetirə bilməz. Rusiyanın sülhməramlı qüvvə kimi bu prosesdə iştirakı "nonses"dir, "əşya"nın təbiətinə ziddir! Bir daha təkrar edirəm, biz müstəqilliyimizi Rusiya imperiyasından qazanmışıq və biz Rusiya ilə vəkalət müharibəsindəyik. Bizə qarşı müharibəni aparan Rusiyadır, Ermənistan və "Dağlıq Qarabağ" isə sadəcə onun vəkilləri idilər. İndi vəkillərin başı əzildikcə müvəkkil özü - Rusiya ortayaçıxıb. Biz bundan sonra rus-erməni nəzarətində olan ərazilərdə yalnız Rusiya ilə qarşı-qarşıya gəlməli olacağıq, biz buna hazır olmalıyıq".

Akif

0.017076015472412