"Delta" "Alfa"dan qorxulu deyil!?

 

Pandemiyya uzun illər davam edə bilər

 Artıq ikinci ildir ki, ölkəmizdə koronavirus pandemiyası insanların normal yaşamına haram qatıb. Bunun zaman sona çatacağını isə heç kim dəqiq bilmir. Hərəni bu virusun mövcudluğuna davamlılığına öz münasibəti var. Beləliklə:

-TƏBİB sədri R.Bayramlı bu günlərdə mətbuata açıqlamasında qeyd edib ki, pandemiya hələ bitməyib vaksinasiya ilə bərabər digər qoruyucu tələblərə əməl edilməlidir. TƏBİB sədri hesab edir ki, bu ərəfədə qeyri-adi bir şey baş verməsə, bu ilin sonuna qədər xəstəlik pandemiya səviyyəsindən çıxar yavaş-yavaş  normal həyata qayıda bilərik.

-Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl hesab edir ki, pandemiya minimum 10 il davam edəcək. Yəni biz bu virusla birgə yaşamağı öyrənməliyik. Başqa yolumuz yoxdur.

 -Professor Musa Qəniyev isə öpuşməyin qadağan olunmasının tərəfdarıdır. Guya öpüşməsək koronavirus bizdən küsüb gedəcək gəldiyi xarabasına.

-Parlamentin deputatı, səhiyyə komitəsinin üzvü Müşviq Məmmədli bildirir ki, "Delta" ştammının dəhşətli nəticələrini nəzərə alaraq ehtiyatlı olmalıyıq.

-Tibb üzrə ekspert, həkim-terapevt Rasif Bağırov hesab edir ki, bu mutasiya (yəni "Delta") Azərbaycana gələrsə, sərt tədbirlər görmək qaçılmaz olacaq.

-Radioloq-həkim Aydın Əliyev hesab edir ki, İnsanları qorxu içində saxlamaq olmaz".

-İnfeksionist Nazxanım Qasımova qeyd edir ki, ölkəmizdə vaksinasiya geniş şəkildə tətbiq olunduğundan, bu ştam bizim üçün qorxulu olmayacaq.

-İnfeksionist-hepatoloq Mərdan Əliyev deyir ki, Azərbaycanda pandemiyanın sona çatması üçün ya yoluxub sağalmalısan, ya da vaksin olunmalısan, başqa yol yoxdur.

-Digər həkim-infeksionist Nilufər Məmmədova qeyd edir ki, Azərbaycanda  hələ ki "Delta" ştammının mövcudluğu təsdiq olunmayıb.

 -Tanınmış-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu fikirdədir ki, koronavirusun ən təhlükəli ştammı olan "Delta"nın ölkəmizdə olması labüddür, çünki bizi əhatə edən bir sıra ölkələrdə- İran, Türkiyə, Gürcüstan Rusiyada bu ştamm artıq aşkarlanıb. Buna görə gediş-gəlişə ciddi nəzarət olunmalıdır. senda bəlli oldu ki, «Delta» gəlib, üstəlik 31 nəfərdə yoluxub.

Bütün bu açıqlamaları ona görə diqqətinizə çatdırdım ki, bizim həkimlərimiz ekspertlərimiz koronavirus pandemiyasının hansı dərəcədə qorxulu olduğunda, qədər davam edəcəyində yekdil rəyə sahib deyillər. Açığını deym ki, onların bu barədə bilgiləri elə mənim qədərdir. Mənim bildiyim isə odur ki, bütün mövcud olan olmayan bizi gözləyən xəstəliklərdən olduğu kimi, bu virusdan da sadəcə qorunmaq lazımdır. Qorxmaq yox!

Bütün bu açıqlamaların fonunda sizin diqqətinizə daha bir məlumatı çatdırım. Belə ki, bugünlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı şok bir xəbərlə gündəmə gəldi. Xanım Harmancı bəyan etdi ki, Azərbaycanda yüksək qan təzyiqindən ildə 24 min adam dünyasını dəyişir. Bax, buna deyərəm, şok xəbər. Həqiqətən çox maraqlıdır, üçün məhz koronavirus pandemiya kimi qəbul olunur bütün dünyada ajiotaj yaradır?. Baxın, pandemiya elan olunan gündən (11 mart 2020 ci il) bu günə kimi Azərbaycanda təxminən 5 min insan bu virusa yoluxaraq dünyasını dəyişib. Sən demə, ölkəmizdə təkcə qan təzyiqindən ildə 20 mindən çox, yəni koronavirusun ilyarımda öldürdüyündən 5 dəfə çox insan dünyasını dəyişir. Onu isə heç kim diqqətə almır, qan təzyiqini heç kim pandemiya elən etmir, bunun səbəblərini heç kim araşdırmır? Təkcə ona görəmi ki, qan təzyiqinin yoluxdurucu xüsusiyyəti yoxdur?. Bəlkə var, bunu kim araşdırıb ki? 

Yadınızdadırsa, bir vaxtlar SARS qripi xəstəliyi meydana dəlmişdi bütün dünya qorxu içində idi. O zaman rusiyalı bir alim bəyan etdi ki, təkcə Rusiyada bizim adi qrip hesab etdiyimiz virusdan ildə 40 min insan ölür. üçünsə, buna görə heç kim narahat olmur.

Mən bir fakta diqqət çəkdim, o da, xanım Harmancın məlumatından sonra. Görəsən, bu gün Azərbaycanda ildə neçə nəfərin acından, depressiv sarsıntıdan, xərçəngdən, şəkərdən (diabet) dünyasını dəyişdiyini araşdıran varmı? Araşdırırlarsa, bu halların qarşısını almaq üçün demirəm, heç olmasa azaldılması üçün hansısa tədbirlər görülürmü? Əminliklə deyirəm ki, görülmür. Çünki bu gün Azərbaycan səhiyyəsinin başında duranları insanların sağlamlığı yox, onlardan əldə edə biləcək dəliri daha çox düşündürür. Bunu sübut etmək üçün Amerikanı kəşf etməyə lüzüm yoxdur. Sadəcə olaraq Azərbaycanda fəaliyyət göstərən səhiyyə müəssisələrinə baş çəkmək yetər. Xanım Harmancın da bundan xəbərsiz olduğuna inanmıram. Çünki onun vəzifəsi Azərbaycanda baş verən qanunsuzluqlara qarşı mübərizə yox, sadəcə olaraq olayları müşahidə etməkdir. Yəqin ki, buna görə yaxşıca mükafat alır. Yoxsa, bunca susqunluq nümayiş etdirməzdi.

Əlqərəz, onu da diqqətinizə çatdırım ki, bütün rəylərə rəğmən, karona pandemiyasının vaxt sona çatacağını daha dəqiq yəqin ki, onu elan edənlər bilir. Biz isə müti qullar kimi onlara tabe olmaq zorundayıq.

P.S. Birisi deyir ki, peyvənd olunmaq könüllüdür, istəyirə olsun, istəməyən olmasın, olmayacaqsa, otursun evində, vəssalam!

Yusif

0.059494972229004