Xeyirxah insanlar unudulmur
"Allah yanında ən yaxşı insan –
insanlar üçün daha faydalı olanıdır".
Məhəmməd Peğqəmbər(s)
Mənə "yüz il yaşa” deməsin dostlar,
Gülüşüm, yerişim, səsim itməsin,
Gözlərim görsə də, ayağım, əlim,
Əsalıq olanda dayansın ürək!
Xeyirxah insanlar həmişə ilk növbədə başqaları üçün çalışar, özlərini isə ikinci plana atarlar. Fədakar və xeyirxah insanlar ətrafdakılara örnək olmaqla yanaşı, həyatın çətinliklərinə sinə gərməkdə də hamıya kömək edirlər. Onlar dünyalarını dayişdikdən sonra belə unudulmur, adları daim rəhmətlə anılır. Ötən il aramızdan ayrılıb haqq dünyaya qovuşan Solmaz Əsgərova da məhz belə insanlardan idi. Onun ölümü hamımız, həmçinin mənim üçün də çox böyük itki oldu. Mən Solmaz xanımı usaq yaşlarımdan tanıyırdım.
Orta məktəbdə oxuduğum illərdə vaxtımın çoxunu onun yanında keçirirdim. Heç bir xahişimi geri çevirməzdi. İstədiyim yemeyi, sirniyyatı bişirər, bircə istəyimlə işlərini mənə görə yarımçıq qoyub mətbəxə kecərdi. Gözəl əl qabilyyəti vardı. Onun bişrdiyi xörəklər, şirniyyatlar, şirə və mürəbbələr, qışa hazırladığı şoraba-tutmalar adla deyilərdi. Məncə ən tanınmış restoranların şef aşbazları belə kulinariya sahəsində onunla rəqabət apara bilməzdilər. Dərsdən gələn kimi əynimi dəyişib onlara qaçardım. Birlikdə şirniyyatlar bişirər, müxtəlif tortlar, ləzgi piçəyi, çıkanı, şəkərbura-paxlava hazırlardıq. Miksersiz, əllə şirniyyat hazırlamağı da elə Solmaz xanımdan öyrənmişəm. Ali təhsilli olmasına rəğmən, evdar qadın kimi əsil möcüzələr yaradırdı.
Biz onlarla həm qohum, həm də qonşu idik. Aramızdakı yaş fərqinə baxmayaraq mən onu özümə ən yaxın dost-sirdaş hesab edirdim. Rəhmətlik Solmaz ziyalı ailəsində dünyaya göz açmışdı. Atası Kərim kisi gözəl pedaqoq və sənətkar kimi bütün mahalda şöhrət qazanmışdı. Anası Zivər xanim evdar qadın olsa da geniş dünyagörüşə malik ziyalı insan idi. Mənim uşaqlıq çağlarım bu ailə ilə sıx bağlı olub. çSolmazgil ailədə 5 uşaq olub. 3 qardaş-Rəhim, Çingiz,
Elçin və Sevinc