Paralel.az xəbər verir ki, son günlər istər Kəlbəcər istiqamətinin Ermənistanla sərhəddə, istərsə də Qarabağda Rusiya sülhməramlılarının bəslədiyi silahlı dəstələrin mövqelərimizi atəşə tutmaları halları davamlı xarakter almaqdadır.
Bir neçə gün əvvəl Ağdam istiqamətdə ermənilərin atəşkəsi pozması nəticəsində bir zabitimiz ağır yaralanmışdı. Dünən isə düşmən ordumuzun nəzarətində olan Şuşaətrafı ərazilərə soxulmağa cəhd göstərib.
Qeyri-rəsmi məlumatlara görə, ermənilərin əraziyə sızdığını aşikar edən qaladakı ordu birləşmələrimiz əvvəlcə havaya xəbərdarlıq atəşi açıb. Düşmənin xəbərdarlıq atəşinə məhəl qoymaması hərbiçilərimizi adekvat tədbir görməyə məcbur edib, yalnız bundan sonra erməni silahlıları mövqelərinə geri dönüb. İtkilər haqqında hər hansı məlumat yoxdur.
Maraqlıdır ki, erməni silahlılarının təxribat törətdiyi ərazilərdə atəşkəsə nəzarəti Putinin ordusu həyata keçirir amma nə əvvəlki, nə də Şuşa ətrafındakı son təxribatlarda “sülməramlı” dəstə tərəfindən əməli addımlar atılmayıb. Haqlı olaraq belə təəssürat yaranır ki, baş verənlər sülhməramlıların razılığı, yaxud təklifiylə reallaşdırılır. Hesab edirik atəşkəsin pozulmasının ənənəvi hal almasında Azərbaycanın müdafiə mövqeyində duran hərbi və siyasi rəhbərliyinin məsuliyyəti böyükdür.
Beləki biz savaşın qalibi olaraqa belə hallar baş verəndə ilk xəbərdarlıqdan sonra sərt cavab tədbirləri görməliyik, ağır artileriya və “PUA”-ların iştirakın tətbiq etməklə. Əks-təqdirdə cəzasız qalan düşmən elə yanındakı sülhməramlıların təhriki ilə sakit durmayacaq. Biz “iti qovub” dama salmışıq. Gərəkdir ki, damdan burnun belə çıxarmasına imkan verməyək.
SƏMA