Üfunət iyi verən tullantı məntəqələri haçan səhmana düşəcək?

Üfunət iyi verən tullantı məntəqələri haçan səhmana düşəcək?
 

Bu il dövlət büdcəsindən kommunal təsərrüfata 88,5 milyon manat ayrılıb

Paralel.az xəbər verir ki, Bakı Azərbaycanın baş kəndi olsa da, şəhərin hər bir məhəlləsində üfunət qoxuyan tullantı məntəqələrinə rast gəlmək olur. Bu hal hansısa bir əyalətdə olsaydı, təbii qəbul etmək mümkün idi. Amma ölkənin paytaxtı, qədim mədəniyyət mərkəzlərindən biri, ən əsası isə Azərbaycanın brendi sayılan Bakıda belə dəhşətli mənzərələrin müşahidə olunması qəbuledilməzdir. Gələn turistlər və qonaqlar qarşısında bu bizə utanc gətirir. Şəhər günü-gündən gözəlləşir, inkişaf edir, bəs üfunət qoxuyan tullantı məntəqələri nədən öz qiyafəsini dəyişmir?

Bu yerdə qeyd edək ki, Bakı kimi dünyanın mədəniyyət mərkəzləri sayılan Avropa şəhərlərində, qonşu Gürcüstanda, hətta, Rusiyanın Moskva daxil, bütün şəhərlərində bu problem çoxdan həllini tapıb. Avropa ölkələrində adətən tullantı məntəqələri yeraltı bunkerlərdə yerləşdirilir. Yerüstü hissə isə bər-bəzəkli marketi xatırladır. Tullantı ilə yaxınlaşan vətəndaş əlindəki torbanı təyinatı üzrə pəncərədən asanlıqla məntəqəyə atmır, təhfil verir. Onların yanından keçən insanlar hiss etmir ki, burada tullantı məntəqəsi var. Çünki qurğu elə quraşdırılıb ki, tullantının iyi ətrafa yayılmır. Yaponyada isə hər bir tullantı məntəqəsi yeraltı mini-zavodu xatırladır. Tullantıların 90 faizi məntəqələrdəcə utilizasiya olunub, yarımfabrikantlara çevrili. Bu səbəbdən də, Yaponiyada, hətta, tullantı məntəqələri boşaldılanda belə ətrafa xoşagəlməz qoxu yayılmır.

Bəs onda necə olur ki, bu ölkələrdə tullantı təsərrüfatı inkişaf edir, tullantı məntəqələri mədəni şəkil alır, amma Azərbaycanda bu sahə yerində sayır. Mütəxəssislərin fikrincə, tullantı təsərrüfatının inkişaf etməsi üçün yenə də rəqabətə ehtiyac var. Yəni dövlət bu sahəni özəl sektora təhfil verib, ardınca da onun inkişafını müxtəlif vasitələrlə stimullaşdırmalıdır. Bütün dünyada tullantının hər kubuna görə dövlət özəl şirkətlərə müxtəlif həcmdə datasiya verir. Buna müvafiq də dövlət təmizlik şirkətlərindən iş - inkişaf tələb edir. Hədəflərə nail olmayan şirkətlərə datasiya verilmir. Datasiya almayan şirkət isə gec-tez müflisləşir.

Azərbaycanda da belə datasiyalar ayrılır. Məsələn, 2021-ci ilin dövlət büdcəsindən kommunal təsərrüfat üçün 88,5 milyon manat vəsait ayrılıb. Bu vəsait əsasən Bakı Şəhəri Kommunal Təsərrüfat Departamentinə verilir. Lakin bu departament birincisi, dövlət şirkətidir, ikincisi isə onun qarşısına komunal təsərrüfatın təkimləşdirilməsi və inkişaf etdirilməsi barədə hədəflər qoyulmur. Departament yalnız büdcədən gələn vəsaitləri korrupsiya yolu ilə mənimsəməklə məşğuldur. Dünyada tulantı sahəsində çalışan insanlar daha çox əmək haqqı aldığı halda, Azərbaycanda bu sahənin əməkdaşları orta aylıq əmək haqqının yarısı qədər məvacib alır. Ona görə də bu sahə ölkədə inkişaf edə bilmir, yerində sayır. Əslində, Bakı Şəhəri Kommunal Təsərrüfat Departamenti paytaxtın tullantı təsərrüfatının bütün xərclərini kommersiya təşkilatlarından toplanan xidmət haqqı hesabına qarşılayır. Büdcədən gələn vəsaitlər isə əsasən texnika və avadanlıqların alınmasına yönəldilir ki, burada kütləvi koppupsiya halları mövcuddur.

Vəziyyətdən çıxmaq üçün bütün tullantı təsərrüfatı özəlləşdirilməli və onlar qarşısında ciddi hədəflər qoyulmalı, yalnız hələflərə çatan şirkətlərə datasiya verilməlidir. Dövlət həm vəsait ayırmalı, həm də ayırdığı vəsaitin səmərəli xərclənməsinə nəzarəti həyata keçirməlidir. Yalnız bu halda Bakının tullantı təsərrüfatında inkişafa nail olmaq mümkündür.

Akif

0.01880407333374