Qubada azyaşlını avtomobil vurub

Qubada azyaşlını avtomobil vurub
 

Paralel.az xəbər verir ki, şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.

2013-cü il təvəllüdlü Seymur Mahir oğlu Sədullayevi minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şahnaz

0.013622999191284