İldırım 74 can alıb

İldırım 74 can alıb
 
 

Hindistanda gün ərzində 74 nəfər ildırım vurmasından həyatını itirib

Paralel.az xəbər verir ki, Uttar Pradeş, Rajastxan və Madxa Pradesh əyalətlərinin səlahiyyətlilərinə görə, Hindistanda gün ərzində ildırım vurması nəticəsində 12 uşaq daxil olmaqla ən azı, 74 nəfər ölüb. 

Xarici mediada verilən xəbərə görə,  Rajastxanda 23 nəfər fəlakət qurbanı olub ki, hadisə onlardan 12-nin XII əsrdə ucaldılan Amber qalasının gözətçi qülləsində yağışdan gizlənərkən baş verib. Onlardan 12-si bir boşalma nəticəsində ölüb, mənzərəyə gələn digər 25 ziyarətçi müxtəlif bədən xəsarətləri alıb. Həmin adamlar çaxnaşma səbəbiylə qurtuluş axtararaq hündürlükdən yerə atılmağa başladıqları üçün yaralanıblar. 

Məlumata görə, Uttar Pradeşin 16 bölgəsində ildırım vurması nəticəsində 41 nəfər ölüb, 30-dan çoxu isə yaralanıb. Ölümcül element 250-dən çox ev heyvanını məhv edib. 

rd azyaşlı da daxil olmaqla, Madxa Pradeşin 11 sakini bu kədərli siyahıya əlavə edilib, daha 13 nəfər isə ciddi yanıq xəsarətləri alıb. 

Hindistan baş naziri Narendra Modi qurbanların yaxınlarına başsağlığı verib və bu istiqamətdə maddi yardım göstərəcəyini vəd edib. 

Nigar 

0.037545919418335