YAP-da yoxlama aparılır
Kimin başı ağrıyacaq?
Redaksiyamıza YAP-da yoxlama aparılması barədə məlumat daxil olub.
Məlumatda qeyd edilir ki, 28 ildir fəaliyyət göstərən iqtidar partiyasında yoxlama aparılması yalnız sədrin tapşırığı ilə aparıla bilər.
Hazırda YAP-ın sədri ölkə Prezidentidir.
Azərbaycanda cənab Prezidentin icazəsi olmadan YAP-da hər hansı təşkilatın yoxlama aparması real görünmür.
Lakin sızan məlumata görə, partiyanın maliyyə fəaliyyətinin yoxlanması partiya sədrinin tapşırığı əsasında aparılır.
Məlumatda o da qeyd olunur ki, partiyanın maliyyə-təsərrüfar işlərinə nəzarət edən sədr müavini Əli Əhmədovdur...