Gürcüstan parlamentində qarşıdurma yasanıb
Paralel.az xəbər verir ki, Gürcüstan parlamentində hakimiyyət, müxalifət və media nümayəndələri arasında qarşıdurma yaranıb.
Qanunverici orqanda bir neçə dava baş verib, müxalifət TV Pirveli televiziya kanalının qurucusu Vato Tsereteli yaralanıb. Sputnik Gürcüstan müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, jurnalistlər və müxalifətçilər Gürcüstan parlamentinin iclas salonuna deputatlarla görüş tələb edərək daxil olublar. Müxalifət televiziyası Pirveli televiziya kanalının qurucusu Vato Tseretelinin iclas salonuna girməyə qərar verməsindən sonra qanunverici orqanda bir neçə dava baş verib. Hazırda konfrans salonunda dava davam edir, vəziyyət gərgin olaraq qalır(GAXA.ge).
Müxalifət nümayəndələri Tinatin Bokuçava, Yelena Xoştariya, Lela Keburia, Xatuna Samnidze, Ana Natsvlşvili parlamentin sədri yerini tutaraq Gürcüstan və Avropa Birliyinin bayraqlarını kürsüyə asıblar. Onlar tribunadan hökumətin istefasını tələb edirlər. Parlamentin plenar iclası pozulub. "Bu, düşünülmüş bir təxribat idi. Müxalifət uzun müddətdir buna can atırdılar",- deyə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından millət vəkili Şalva Papuaşvili bildirib. Parlamentə girmədən əvvəl jurnalistlər Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hökumətin istefasını tələb edən etiraz aksiyalarına davam edəcəklərini vurğulayaraq ortaq bir açıqlama veriblər.
Bunun səbəbi, 5 iyul Tiflisdəki iğtişaşlar zamanı döyüldükdən sonra altıncı gündə vəfat edən TV Pirveli operatoru Lekso Laşkaravanın ölümü olub. Nümayişçilər iğtişaşlar zamanı vətəndaşlarını qorumadığına görə səlahiyyətlilərin məsuliyyətə cəlb edilməli olduğunu qeyd ediblər. Gürcüstan parlamentində hakimiyyət, müxalifət və media nümayəndələri arasında qarşıdurma yaranıb. GAXA-nın məlumatına görə, qanunverici orqanda bir neçə dava baş verib, müxalifət TV Pirveli televiziya kanalının qurucusu Vato Tsereteli yaralanıb.
Sputnik Gürcüstan müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, jurnalistlər və müxalifətçilər Gürcüstan parlamentinin iclas salonuna deputatlarla görüş tələb edərək daxil olublar. Müxalifət televiziyası Pirveli televiziya kanalının qurucusu Vato Tseretelinin iclas salonuna girməyə qərar verməsindən sonra qanunverici orqanda bir neçə dava baş verib. Hazırda konfrans salonunda dava davam edir, vəziyyət gərgin olaraq qalır. Müxalifət nümayəndələri Tinatin Bokuçava, Yelena Xoştariya, Lela Keburia, Xatuna Samnidze, Ana Natsvlşvili parlamentin sədri yerini tutaraq Gürcüstan və Avropa Birliyinin bayraqlarını kürsüyə asıblar. Onlar tribunadan hökumətin istefasını tələb edirlər.
Parlamentin plenar iclası pozulub. "Bu, düşünülmüş bir təxribat idi. Müxalifət uzun müddətdir buna can atırdılar",- deyə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından millət vəkili Şalva Papuaşvili bildirib. Parlamentə girmədən əvvəl jurnalistlər Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hökumətin istefasını tələb edən etiraz aksiyalarına davam edəcəklərini vurğulayaraq ortaq bir açıqlama veriblər. Bunun səbəbi, 5 iyul Tiflisdəki iğtişaşlar zamanı döyüldükdən sonra altıncı gündə vəfat edən TV Pirveli operatoru Lekso Laşkaravanın ölümü olub. Nümayişçilər iğtişaşlar zamanı vətəndaşlarını qorumadığına görə səlahiyyətlilərin məsuliyyətə cəlb edilməli olduğunu qeyd ediblər.
Paralel.az