Ermənilər ümidsizliyə qapılıb

Ermənilər ümidsizliyə qapılıb
 

İsgəndəryan: "Rusiyanì Ermənistan-Azərbaycan sərhədinin necə keçəcəyi maraqlandırmır. Mən azərbaycanlıların ciddi şəkildə geri çəkiləcəyini düşünmürəm və onları buna məcbur edəcək heç bir qüvvə görmürəm".

Paralel.az xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksander Isgəndəryan 12 iyulda "TALK TIME"-ın efirində, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşdən sonra verdiyi açıqlamaları şərh edərkən söyləyib. Politoloqun fikrincə, Putin ilk növbədə Ermənistan-Azərbaycan sərhədindəki sabitlikdə maraqlıdır: “Düşünürəm ki, yalnız sözdə kommunikasiyanın blokdan çıxarılmasından danışılır. Əsas maraq isə sərhəddə sabitliyi təmin etməkdir. Göründüyü kimi, ləng olsa da, bu istiqamətdə bəzi hərəkətləri davam etdirirlər.

Hazırkı danışıqların son nəticəsi ondan ibarət olacaq ki, sərhəddin narahatlıq olan hissəsi rusların nəzarətinə keçəcək. Rusiya üçün sərhəddin haradan keçəcəyi az əhəmiyyətlidi. Burada Moskva və İrəvanın maraqları üst-üstə düşür". Mütəxəssis bu planların reallaşma ehtimalının yüksək olduğunu düşünür. Buna baxmayaraq, o, Ermənistan və Rusiyanın maraqlarının üst-üstə düşmədiyi müəyyən məqamların olduğunu qeyd edir:

“Ruslar bu və ya digər kvadrat kilometrə kimin sahib olacağı ilə maraqlanmırlar. Ruslar Qarabağı və ya Qara Gölü kimin idarə etməsi əsla maraqlandırmır. Onlar nəzarəti həyata keçirəcəkləri müəyyən bir xətt boyunca sabitlikdə maraqlıdırlar". Eyni zamanda, rəsmi İrəvanın ərazi uduşu əldə etmək üçün əlində təzyiq göstərməyə heç bir vasitə qalmadığını da politoloq vurğuladı.

Akif

0.016580104827881