Ədliyyə sisteminin "üçü" çıxdı

Ədliyyə sisteminin
 
Azərbaycanın mövcud qanunları bəzi istisnalarla mükəmməldir, dəbdə olan ifadəylə desək Avropa standartlarına üyğundur. Amma bu qanunların praktikada tətbiqində, icrasında ciddi problemlər, daha dəqiq ifadə etsək eybəcərliklər mövcuddur. 
Paralel.az xəbər verir ki, müxalifyönümlü siyasətçi, dəfələrlə haqsız yerə həbs həyatı yaşamış Tofiq Yaqublunun Gürcüstanda yaşayan anası rəhmətə gedib, ancaq oğulu anasının tabutunu çiyninə almasına Azərbaycan hökuməti icazə vermir. Səbəb, barəsində hələ də xitam verilməyən cinayət işinin mövcudluğudur. Halbuki Cəzaların İcrası Məcəlləsində açıq-aydın yazılır ki, nəinki istintaq altında olan, hətta yüngül cinayətə görə barəsində məhkəmə hökmü olan məhkum Pentensiar Xidmətin əməkdaşlarının müşaiyyəti ilə ölümcül xəstə olan doğmalarına baş çəkmək, rəhmətə gedibsə azı 3 sutka yasda iştirak etmək hüququna malikdir.
 
T. Yaqublu isə faktiki azadlıqdadır ancaq ona anasının dəfnində iştirak etməyə icazə verilmir. Həm də nəinki ona, Tofiq bəyin Qarabağ savaşından qələbə ordenləriylə qayıtmış oğlunun belə Azərbaycandan çıxışına qadağa qoyulub. Əminəm ki, bu  "troyka"nın-Ədliyyə Nazirliyi, DİN və Respubilika Prokurorluğun insanlığa, əxlaqa sığmayan belə qanunazidd əməllərindən ölkə başçısı İ. Əliyevin xəbəri yoxdur. Və “troyka”nın bu antihumanist davranışı prezidentin humanist siyasətini sobataj etməkdir. Ki, cəzası mütləq olmalıdır.
Bu, həm də, ölkənin ədliyyə sisteminin artıq "öldüyünə" dəlalət edən faktdır. 
 
SƏMA
0.018818855285645