İmişlinin icra başçısından şikayət var - Əhali çox narazıdır

İmişlinin icra başçısından şikayət var - Əhali çox narazıdır
 

Elçin Rzayev Vilyam Hacıyevdən fərqi nədir?

İmişli əhalisindən redaksiyamıza daxil olan şikayət məktublarında icra başçısının fəaliyyətindən hədsiz narazılıq edilir.
Xüsusən rayonun kənd təsərrüfatı ilə məşğul olub, bütün ehtiyaclarını ondan əldə olunan gəlirlə qarşılamağa çalışan rayon əhalisi rayondakı su qıtlığından vay-şivən edirlər.

Pambıqçılıqla məşğul olan İmişli fermerləri bildirir ki, icra başçısının rayondakı "mafiya"nın hər gün təşkil etdiyi eyş-işrət məclisindən başı açılmır. Rayonun pambıq əkin sahələri susuzluqdan məhv olur.
Fermerlər icra başçısına su qıtlığı ilə bağlı dəfələrlə müraciət etsələr də, icra başçısı bu məsələnin həllini Su idarəsinin üzərinə atmaqla işini bitmiş hesab edir.

İmişli sakinləri çox haqlı olaraq sual edirlər ki, axı Elçin Rzayevin sabiq icra başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevdən fərqi nədir? O da rüşvət yığırdı, bu da yığır, Vilyam Hacıyev də təsərrüfatın inkişafına laqeyd idi, Elçin Rzayev ondan da betərdir.
Yaxşı, əgər əvvəlki icra başçısı ilə Elçin Rzayevin arasında müsbət mənada heç bir dəyişiklik yoxdursa, əksinə indiki icra başçısı əvvəlindən də rüşvətxor və məsuliyyətsizin biridirsə, bunları dəyişməyin mənası nədir?!..

Züleyxa

0.043788909912109