Yaponiya səmasında "tornado atası" göründü
Yaponiyanın Niigata əyalətindəki Joetsu şəhəri üzərində səmada ilan şəklilli bulud əmələ gəldi.
Paralel.az xəbər verir ki, insanlar bu qəribə təbiət hadisəsini lentə alaraq internetdə yayıblar.
Niigata əyalətində izlənilən buqeyri-adi səma "əjdahası" insanları vahimələndirib.
Yerli sakinlər səmada açılan təbii mənzərədən şoka düşdülər. Metrioloqların verdiyi izaha görə hava axınları nəticəsində əmələ gələn su buxarı tədricən buludlara “hopdub” və nəticədə bu mənzərə yaranıb.
Bu təbiət hadisənin video görüntüləri İnternetdə çox sürətlə yayıldı. Belə buludlar adətən kumulonimbus buludlarından əmələ gəlir. Onların içərisində olduqca seyrək hava sahəsi olur (Daily Mail).
Alimlər bu cür ilan şəklli buludların yer üzünə və ya su səthinə yaxınlaşdığı zaman tornado əmələ gətirə bildiyini söyləyirlər.
Akif