Pandemiyanın dördüncü dalğası gözlənilir!
Adil Qeybulla: "Dünyada pandemiyanın dördüncü dalğasının qarşısını almaq üçün xeyli işlər görülür - kütləvi vaksinasiya aparılır"
Dünyanın başı üzərində yeni pandemiya kabusunun dolasmasına səbəb olan, koronavirus yeni mutasiyası - "delta" ştammı öz yayılma coğrafiyasını genişləndirməkdir.
Paralel.az xəbər verir ki, COVİD-19-un "delta" və ya Hindistan ştammı Azərbaycana da təşrif buyurub, yoluxma statistikasının yenidən çoxalmasına məhz bu mutagenin səbəb olduğu ehtimal edilir. Məsələ ilə bağlı professor Adil Qeybullanınn fikirlərini öyrəndik. Professor qeyd etdi ki, "delta" SARS-2 virusunun çoxsaylı mutasiyaların dan biridir: "Bu ilk dəfə Hindistanda tapıldığına görə həm də Hindistan ştammı adlanır.
"Delta" ştammında P-684 mutasiyasiyası qeydə alinib ki, bu da virusun üzərindəki tıkanlı zülalın bir fraqmentini dəyişərək daha yapışqan olmaqla, virusa daha yolxucu xarakter verib. Virus bütün yaş qruplarında, o cümlədən də 12-22 yaş qruplarında təsadüf edilir. Artıq xəstəliyin gizli dövrü 7 günə qədər deyil, 3 günə qədərdir. Ona görə də xəstəlik daha tez aşkarlanır. Xəstəliyin əsas əlamətləri halsızlıq, yüksək temperatur, meqren tipli baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir (burunun iltihablı tutulması).
Bu "alfa" (Birtaniya) ştammı ilə müqayisədə 1,85 dəfə daha yolxucu hesab edilir. Artıq "delta" ştammı 98 ölkədə yayılıb və genişlənmə sürətlə davam edir. Bununla bağlı ən dəhşətli epidemoloji vəziyyət Hindistanda qeydə alınıb. Hindistanda sosial vəziyyət yoluxmanı stimullaşdırdığından milyonlarla adam yoluxdu və 400 min adam həyatını itirdi. Dünyada pandemiyanın dördüncü dalğasının qarşısını almaq üçün xeyli işlər görülür, əsasən kütləvi vaksinasiya aparılır. "Delta" ştamma qarşı Ümumdünya Səhiyyə Təşkilatının qeydə aldığı vaksinlər ("piyzer", "moderna", "astra-zneyka", "conson and conson") öz həssaslığını saxlayır. Bu vaksinlərin üçüncü dozasının vurulması ehtimalı var. Epidemoloji vəziyyətdən asılı olaraq karantin rejiminin sərtləşdirilməsi gözləniləndir.
Bu virusla bağlı Rusiyada vəziyyət xeyli ciddiləşib. Azərbaycan da bunu nəzərə almalıdır və müəyyən karantin rejimlərinə hazır olmalıdır. Təəssüflər olsun ki, vətəndaşlarımız pandemiyanın bitdiyini düşünür, restoranlarda və şadlıq saraylarında biz bunu daha çox müşahidə edirik. Bu yolverilməzdir, biz pandemiyanın davam etdiyini nəzərə almalı, müvafiq tədbirlər görməliyik".
Akif