“Bir Dünya Şimali Kipr” şüarı altında...

“Bir Dünya Şimali Kipr” şüarı altında...
 

Paralel.az xəbər verir ki, kiprli türklərin zülmünü aradan qaldırmaq və Adaya sülh gətirmək üçün həyata keçirilmiş Kipr Barış Əməliyyatının 47-ci ildönümü 16-19 İyul tarixləri arasında Lefkoşada qeyd ediləcək. (Haberler.com)

“Bir Dünya Şimali Kipr” şüarı ilə keçiriləcək festivalda Prezident Rəcəb Tayyib Ərdoğan, nazirlər və keçmiş futbolçulardan ibarət “Şöhrət qarışığı” matçında sahəyə çıxacaq.

Sözügedən ildönüm tədbiri “Beynəlxalq Şimali Kipr Mədəniyyət və İdman Festivalı” ilə qeyd olunacaq. Lefkoşa Atatürk Stadionunun əlavə ərazisində təşkil ediləcək festivalda əl işləri bazarı, idman turnirləri, sənət atelyeləri, yaz kinoteatrı və ox atma təcrübəsi kimi, gənclərin əsərlərindən ibarət tədbirlər keçiriləcək. Konsertlərin, tədbirlərin və xaricdən gələn məşhur qonaqların sərbəst iştirak edə biləcəyi festivalda Lefkoşa, Girne və Mağusada təşkil ediləcək zəfər yürüşləri ilə coşğu küçələrə axışacaq. Oxatan Vəqfi Başçısı Haydar Ali Yıldız deyir: “Bu, uğrunda savaşdığımız torpaq və vətən! 20 iyul 1974-cü il Sülh Əməliyyatının 47-ci ildönümü. Bu münasibətlə 16-19 iyul tarixləri arasında “Beynəlxalq Şimali Kipr Mədəniyyət və İdman Festivalı” təşkil edəcəyik. Festivala turizm, təhsil, iqtisadiyyat, mədəniyyəti vurğulayan “Bir Dünya Şimali Kipr”i bir araya gətirəcəyik”.

“Beynəlxalq Şimali Kipr Mədəniyyət və İdman Festivalı” ilə hədəfin Prezident Ərdoğanın festivala qatılacağını, buradan dünyaya çox əhəmiyyətli mesajlar verəcəyini və şöhrət matçında meydana çıxacağını ifadə edən Yıldız belə söyləyib: “KKTC müstəqil bir dövlətdir. Suverenlik və bərabər status Kipr türk xalqının təməl haqqıdır. Biz orada olacağıq. Kiprdəki vətəndaşlarımıza bir olduğumuzu bir daha bütün dünyaya səsləyəcəyik. Yaşamaq, gələcək və müstəqillik uğrunda mübarizəmizi birlikdə davam etdirəcəyik” .

Nigar

0.021277904510498