Sabiq nazir "od püskürdü"
Azərbaycanın keçmiş xarici işlər naziri ABŞ, Fransa və Rusiya səfirlərinin təcrid olunmasını tələb edir
Paralel.az xəbər verir ki, Tofik Zülfüqarov ABŞ, Rusiya və Fransa səfirlərinin Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərinə səfər dəvətini qəbul edib, lakin Şuşaya getməkdən imtina etdiklərınə öz Facebook hesabında münasibət bildirdi.
Sabiq nazir Şuşayə getməkdən imtina edən üç dövlətin səfirlərini Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə (onları qəbul etməmək və hər hansı bir tədbirə dəvətlərini qəbul etməmək) məruz qoymağı tələb edir. Bu qaydanı pozan hər kəs mediada tənqid olunmalıdır, deyə keçmiş xarici işlər naziri Facebook səhifəsində deyib.
Daha əvvəl də xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin səfirləri Azərbaycan hakimiyyətinin təşkil etdiyi diplomatların işğaldan azad edilmiş ərazilərə səfər dəvətini qəbul etsələr də Şuşaya getməkdən imtina etmişdilər.
Akif