TONLARLA MARİXUANA ƏLƏ KEÇİRİLDİ
Bir neçə gün əvvəl Los-Anceles polisi Kaliforniyanın şimal hissəsində narkotrafikə yönəlik geniş miqyaslı əməliyyat keçirib.
Paralel.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının 400 nəfərdən ibarət dəstəsinin keçirdiyi əməliyyat nəticəsində bazar dəyəri 1.2 milyard dollardan artıq 33000 funt ağırlığında marixuana müsadirə olunub.
Bu barədə ABŞ nüfuzlu “The İndependet” nəşri məlumat yayıb. Nəşr yazır ki, narkobaronların malın müdadirəsinə imkan verməmək üçün müqavimət göstərməsi səbəbindən əməliyyat 10 gün davam edib. Nəticədə dəstənin 131 üzvi həbs olunub və onlardan müxtəlif çaplı 33 odlu silah müsadirə edilib.
Mətbuat konfransında çıxış edən vilayətin şerifi Aleks Vilyanyev bildirib ki, əsasən meksikalılardan ibarət dəstənin tərkibində asiyalı mənşəli, o cümlədən erməni millətindən olan cinayətkar qrupun üzvləri çoxluq təşkil edir.
Röyal