Aslan İsmayılov: “Bu işi marşrut sahibləri və DYP həyata keçirməlidir”

Aslan İsmayılov: “Bu işi marşrut sahibləri və DYP həyata keçirməlidir”
 
 

Paralel.az xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov mikroavtobus və taksi sürücülərinin bir çoxunun “patı” və “şüşə” kimi tanınan narkotik vasitələrinin satıcısı, istifadəçisi olduğunu deyib. Onun fikrincə, yol qəzalarının səbəbləri sırasında bu amilin də böyük rolu var. 

A.İsmayılovun bu açıqlaması cəmiyyətdə və sürücülər arasında birmənalı qarşılanmadığı üçün məsələnin detalları, bu yöndə konkret faktın olub-olmamasıyla bağlı vəkillə əlaqə saxladıq.  

A. İsmayılov qeyd edir ki, mikroavtobus və taksi sürücüləri, Astaradan, Lənkərandan Bakıya gələn sürücülər “patı”, “şüşə” alverçiləridir: “Təklif etdim ki, onların hamısı yenidən tibbi müayinədən keçirilməli və müvafiq qan analizləri alınmalıdır. Kimin qanında bu vasitələrdən istifadə halları varsa, müəyyən olunsa, dərhal sürücülük vəsiqəsindən məhrum olunmalıdır. Çünki bu, artıq, Azərbaycan xalqına, heç bir günahı olmayan sərnişinlərə təhlükədir. Mən heç də bütün sürücülərin hamısını günahlandırmıram. Deyirəm ki, bu mənada, çox sayda adam var və onlar müəyyən edilməlidir. Başqa sürücülərin mənim bəyanatımdan narazılığı varsa, öz aralarında belələrini ifşa etməlidir ki, onların üzərinə də bu ləkə düşməsin. Həmin sürücülərin müəyyən edilməsini və nəzarəti də marşrut sahibləri və Dövlət Yol Polisi həyata keçirməlidir. 

Nigar  

0.021131992340088