"Toplan" - Sahibsiz İtlərə Qayğı Mərkəzidə gənc fəallar saxlanıldı
Paralel.az xəbər verir ki, dünən bir qrup ictimai fəal Sabunçu rayonu, Binəqədi-Balaxanı şosesi 12 ünvanda yerləşən "Toplan" - Sahibsiz İtlərə Qayğı Mərkəzidə itlərin saxlanma şəraiti ilə tanış olmaq istəyib. Əvvəl mərkəzdə içtimai fəalları xoş qarşılayıb, onların suallarına cavab verməyə hazır olduqlarını bildiriblər.
İctimayi fəallar heç bir sualları olmadığını, sadəcə mərkəzdə saxlanılan itlərin saxlanma şəraiti ilə tanış olmaq istədiklərini bildirəndə, mərkəz əməkdaşları onları qovmaq fikrinə düşüb. Adını təqdim etməyən mərkəz əməkdaşı ictimai fəalların bu niyyətini bilən kimi onlara xəbərdarlıq edib ki, siz karantin qaydalarına uyğun olmayaraq mərkəzdə toplaşmısınız, dərhal mərkəzi tərk edin, yoxsa polis çagıracağıq. İctimai fəallar israr etdikdə isə mərkəz əməkdaşları polis çağırıb. Əraziyə gələn Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları iki nəfər gənc fəalı saxlayıb.
Sabunçu Rayon Polis idarəsindən Paralel.az-a verilən məlumata görə saxlanılan vətəndaşlarla söhbətdən sonra sərbəst buraxıliblar. "Toplan" - Sahibsiz İtlərə Qayğı Mərkəzidən isə gənc fəalların nədən mərkəzə buraxılmadıği və onların polistərəfindən nə üçün saxlandıqları barədə sorğumuza cavab verən olmadı.
Akif