Haiti rəhbərlyi ABŞ-dan qoşun göndərməsini istəyib

Haiti rəhbərlyi ABŞ-dan qoşun göndərməsini istəyib
 
 

Paralel.az xəbər verir ki, Reuters-ia görə, Haiti rəhbərliyi ABŞ-dan əsas infrastrukturu qorumaq üçün respublikaya qoşun göndərməsini istəyib. Bugünə qədər ABŞ Dövlət Departamentinin nümayəndələri Haiti səlahiyyətlilərindən belə bir tələbin alındığını hələ təsdiqləməyiblər. 

Xatırladaq ki, ötən çərşənbə günü ölkə prezidenti Moisenin öldürülməsindən sonra Haiti hökuməti respublikada 15 gün ərzində hərbi vəziyyət tətbiq edib. 

Haiti baş naziri vəzifəsini icra edən Klod Cozef respublikadakı təhlükəsizlik vəziyyətinin Milli Polis və Silahlı Qüvvələrin nəzarəti altında olduğunu təmin edərək, respublika əhalisini sakit olmağa çağırıb. 

Haiti prezidentinin iqamətgahına edilən hücum şübhəsiylə 18 Kolumbiya vətəndaşı və Haiti əsilli iki ABŞ vətəndaşı nəzarətə alınıbHazırda ən azı beş şübhəli axtarılır. 

Paralel.az 

0.021655082702637