Qarabağ komitəsi növbəti toplantı keçirib
9 iyul 2021-ci ildə Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib. Tədbir iştirakçıları Yuxarı Qarabağa dair siyasi-diplomatik addımları və regionda baş vermiş hadisələri hərtərəfli təhlil və müzakirə edilər.
Qarabağ Komitəsi Azərbaycan dövlət başçısının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqqında fərmanını ölkə rəhbərliyinin 10 noyabr 2020-ci il tarixli məlum Bəyannamədən sonra Xankəndi və ətraf ərazilərə dair elan olunmuş uğurlu rəsmi mövqei kimi qiymətləndirir və onu hərtərəfli təqdir edir.
Qarabağ Komitəsi Azərbaycanın hökumət üzvlərindən, nazirliklərdən, dövlət komitələrindən öz sahələri üzrə Xankəndi və ətraf ərazilərdə planlaşdırdıqları və görəcəkləri işlər haqqında ölkə ictimaiyyətinə aydın tədbirlər planlarının açıqlamalarını tələb edir.
Qarabağ Komitəsi 10 noyabr 2020-ci il tarixli Bəyannamənin müddəalarına uyğun olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən qeyri-qanuni yaradılmış erməni birləşmələrin və terrorçu qrupların çıxarılmasını, bu tədbirin həyata keçirilməsini Rusiya tərəfindən tələb edir.
Qarabağ Komitəsi Azərbaycan rəhbərliyinin bu məsələdəki mövqeini yetərli saymır, daha qətiyyətli və ardıcıl olmağını tələb edir. Rrməni hərbçilərinin Ağdam rayonu Əliağalı kəndi istiqamətində Azərbaycan əsgərlərinə qarşı atəş açmasının məsuliyyətini qondarma rejimlə bərabər, Rusiya sülhməramlılarının daşıdığını bildirir. Komitə hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğluna atəş açan erməni silahlısının qısa zaman müddətində müəyyən edilməsini, məsuliyyətə cəlb edilməsini və qanuna müvafiq cəzalandırılmasını qətiyyətlə tələb edir.
Komitə Xankəndi və ətraf ərazilərdə Azərbaycan dövlətinə qarşı yönəlmiş hadisələrin məsuliyyəti bu ərazilərdə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının üzərinə düşdüyünü bildirir və onların təxribatçı fəaliyyətinə etiraz edir.
- Şərqi Zəngəzur olduğu kimi Qərbi Zəngəzur da var və ona sahib olacayıq!
- Ağdamda Azərbaycan əsgərinə atəş açan erməni silahlısı müəyyənləşdirilsin və cəzalandırılsın!
- Rusiya sülhməramlılarının təxribatları ifşa edilsin!
Mətbuat xidməti