Böcəklər Anapa çimərliyini zəbt edib

Böcəklər Anapa çimərliyini zəbt edib
 

İsti və günəşli havaya baxmayaraq, Anapa çimərlikləri bu gün nəzərəçarpacaq dərəcədə boşdur. Bütün bunlar böcəklərin gözlənilməz istilasının günahıdır. 

Parabüzənlər! Bunlar sadəcə, çoxdur! 

Paralel.az xəbər verir ki, şəhərdə minlərlə parabüzən meydana çıxıb. Onların sayı o qədər artıb ki, demək olar, bütün sahil evləri, şezlonglar, çətirlər qırmızı böcəklərlə örtülüb. 

Yerli sakinlər ilk baxışdan cazibədar kadrları sosial şəbəkələrdə yerləşdirirlər və dərhal da olduqca ağrılı dişləmələrdən şikayət edirlər. Krasnodar bölgəsində yayın ortalarında bu, adi bir hadisədir. Həşəratların dənizə kütləvi gəlişinin səbəblərindən biri də havanın  yağışlı və soyuq olmasıdır. 

Paralel.az  

0.050148010253906