Metroda gediş haqları bahalaşacaq...

Metroda gediş haqları bahalaşacaq...
 

Son günlər sosial şəbəkələrdə dolaşan şayiəlardən belə bəlli olur ki, Tarif (qiymət) Şurası yaxın günlərdə metroda gediş haqlarının qaldırılması barədə qərar qəbul edəcək. Bu barədə sorğumuza cavab olaraq “Bakı metropoliteni” QSC-nin sözçüsü bildirdi ki, qurum tərəfindən sərnişin daşıma qiymətinin artırılması və qiymətin yenidən tənzimlənməsi ilə bağlı bu günədək Tarif Şurasına müraciət ünvanlamayıb. Lakin QSC nümayəndəsi bu yöndə qurumun planlarından danışmaq səlahiyyətinə malik olmadığını söylədi.

Qeyd edək ki, “Bakı metropoliteni” QSC dövlət datasiyası ilə çalışan dövlət şirkətlərinin siyahısına daxildir. Son illər orta hesabla “Bakı metropoliteni” QSC-yə büdcədən hər il 40 milyon manat civarında datasya verilir. Son bir ilin altı ayı ərzində metro bağlı qalsa da, 2021-ci ilin dövlət büdcəsindən “Bakı metropoliteni” QSC-yə eyni həcmdə datasya ayrılıb.

Mütəxəssislərin fikrincə “Bakı metropoliteni” QSC-nin stansiyalarının sayı əllini keçməyən qədər qurumun rentabelli işləməsi mümkün deyil. Hazırda Bakı Metrosunun 26 stansiyası fəaliyyət göstərir, 4 stansiya tikilməkdə, 4 stansiya isə layihələndirmə mərhələsindədir. Bu isə o deməkdir ki, hələ yaxın 10 il ərzində Bakı Metrosunun stansiyalarının sayı əllini keçə bilməyəcək. Deməli, bu müddət ərzində də “Bakı metropoliteni” QSC datasyasız, yəni rentabelli işləyə bilməyəcək. Bu səbəbdən də metroda gediş haqlarının tənzimlənməsi idarəedici şirkətin təşəbbüsü ilə həyata keçirilə bilməz. Gediş haqqı qiymətlərini Tarif (qayimt) Şurası əhalinin sosial vəziyyətini nəzərə alaraq müəyyənləşdirməlidir. 

Yadınızdadırsa hələ metroda gediş haqqı 10 qəpik olanda sabiq sədir Tağı Əhmədov da deyirdi ki, bir sərnişinin daşınması bizə 60 qəpiyə başa gəlir. Bu yalnız “Bakı metropoliteni” QSC-nin xərclərinin nə dərəcədə çoxluğundan deyil, həm də bu qurumda korrupsiyanın səviyyəsindən xəbər verirdi. Lakin korrupsiyadan xəbər verən yalnız sözügedən bəyanat deyil, ünlü-dürlü faktlar ortadadır. Yalnız onu xatırladaq ki, datasya ilə işləyən qurum az qala hər il bütün stansiyalarının təmir etdirir. Bu barədə isə gələn yazılarımızda söhbət açarıq.

Akif

0.021924018859863