NİYƏ ÖNLƏYİCİ TƏDBİRLƏR GÖRÜLMÜR?

NİYƏ ÖNLƏYİCİ TƏDBİRLƏR GÖRÜLMÜR?
 

Xəbər verildiyi kimi respublikanın bəzi bölgələrində, o cümlədən Ağcabədi rayonunda heyvanlar arasında ölümcül xəstəlik yayılıb. Sözügedən rayonun Kəhrizli kəndində vətəndaşlara məxsus 20-dən çox iribuynuzlu heyvan bu xəstəlikdən tələf olub. Maraqlıdır, görəsən Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Baytarlıq idarəsi xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görüb, yaxud ümumiyyə görürmü? “Paralel.az” saytı bununla bağlı rayondakı mənbələrlə əlaqə saxlayıb. Verilən cavablar heç də ürəkaçan deyil və narahatıq yaradır. Çünki adətən belə məqamlarda rayon baytarlıq şöbələri yuxarıdan təlimat, göstəriş gözləmədən fövqəladə qərargah yaradır, önləyici tədbirlər görür. Dəvət, çağırış gözləmədən, təsərrüfatlara, qapalı məkanda mal-qara saxlayan evlərə gedir gərəkən təlimatlar verir, xəstəlik törədicilərinə qarşı vaksin vururlar. Təəssüf ki, xəstəliyin yayılmasından 5-6 gün keçməsinə baxmayaraq bu məsələdə hərəkətlilik nəzərə çarpmır. Dolanışığı bu mənbədən olan vətəndaşlar da Nazirliyin astagəl hərəkətindən narazıdır və əndişə içindədirlər. 

    SƏMA

0.018079042434692