Azərbaycan sərhədlərin demarkasiyası üzrə danışıqları niyə Rusiya ilə aparır?

Azərbaycan sərhədlərin demarkasiyası üzrə danışıqları niyə Rusiya ilə aparır?
 

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sərhəddin müəyyənləşdirilməsini Moskva ilə Bakı müzakirə edir, Ermənistan isə bu işdə məşvərətçi qismində görünür. Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsi bu gün başa çatıb. Artıq üç gündür Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın toplantısı keçirilir. Cəmiyyətə mûzakirələr barədə məlumat verilməsə də yəqin ki, sonda qəbul edilən qərarlar barədə mətbuata açıqlama veriləcək. Lakin diqqət çəkən maraqlı detallardan biri Azərbaycanla Ermənistan əvəzinə Rusiyanın danışması, müzakirələr aparmasıdır. Görünür bu faktorla da Ermənistan özünün Moskvanın vassalı olduğunu göstərməklə, "suveren"liyinin daha təminatlı olmasını nümayiş etdirir. Cəmiyyətdə maraq döğuran məqam ondan ibarətdir ki, məsələnin Rusiya ilə müzakirə edilməsi beynəlxalq hüquq baxımından nə dərəcədə doğrudur və bu hal Azərbaycan üçün nə vəd edir. Bu sualla politoloq Əli Orucova müraciət etdik. Ə. Orucov bizimlə bu barədə söhbətində vurğuladı ki, Ermənistan Rusiyanın for-posdudur, üstəgəl bu münaqişənin memarı da Kremildir: "Bu baxımdan beynəlxalq hüquqla ziddiyyət təşkil etsə də, danışıqlarda Ermənistan hökumətinin deyil, Rusiyanın tərəf kimi tanınması anlaşılandır. Rusiya əvvəllər daha hegemon mövqedən çıxış etsə də, son on ildə beynəlxalq aləmdə və regionda nüfuzunu itirib, əvəzində dünyanın ona qarşı tələbləri artıb. Məhz Rusiyanın mövqeyinin bu şəkildə korrektə edilməsinin nəticəsi idi ki, birinci Qarabağ müharibəsindən fərqli olaraq, 44 günlük Vətən Müharibəsinə Moskva birbaşa müdaxilə edə bilmədi, barışdırıcı tərəf kimi sülhməramlı quvvə olaraq Qarabağda varlığını təmin etdi.

O ki qaldı danışıqların bizim üçün daha səmərəli variantına, əlbəttə, bizim üçün Ermənistanla birbaşa danışıqlar aparmaq, qalıb ölkə kimi şərtlər diktə etmək daha sərfəlidir. Elə həm də bu səbəbdən Ermənistan Rusiyanın qanadının altına sığınır, onu özünə vəkil tutur. Amma Ermənistan da anlayanlar var ki, Rusiya ilə birlikdə onların perspektivi yoxdur, müstəqil siyasət yürüdüb, qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək lazımdır. Düşünürəm ki, yaxın gələcəkdə bu qənaətə gələnlərin sayı artacaq və Ermənistan Rusiyanın nəzarətindən çıxmağa çalışacaq. Amma buna nə qədər nail olacaqlar, onu demək çətindir".

Akif

 

0.088346004486084