Sahil Babyev və himayəçiləri "əlilsiz dövlət" yaradırlar -Qısa şərh
Nazir sağlamlığını itirmiş insanları məhv edir
Ölkəmizdə əlil, şikəst insanlara qarşı çox böyük haqsızlıq etdiyinə, xalqa qarşı cinayət yuvasına çevrildiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin adını dəyişib "Əmək və Əhalinin Məhv edilməsi nazirliyi" qoymağı təkilf edirəm! Çünki nazir Sahil Babayev zatən 3 ildir dövlətin yardımına ehtiyacı olan minlərlə şikəst insanın təqaüdünü kütləvi dayandırıb!..
Əvvəla, dövlət və xalq qarşısında zərrəcə xidməti olmayan birinin, kiminsə ərköyünü kimi, nazir postunda oturması dövləti və bu dövlətin sahibi xalqı təhqirdir!
İkincisi, "nə yoğurdu, nə yapdı, hazır kökə tapdı" gülməcənin motivi əsasında, "millət necə tarac olur-olsun, nə işim var?!"-prinsipilə işləyən adamı nazir postu kimi, yüksək məsul vəzifə tapşırmağ doğru saymıram!..
Dövlətə və bu dövləti yüzminlərlə, Sahil Babayevdən tam fərqli, igid, cəsur, qəhrəman oğullarını şəhid vermək hesabına qoruyan xalqın taleyini şəxsiyyəti, milli mənşəyi, pis əməlləri haqqında cəmiyyətdə xoşagəlməz söz-söhbət gəzən şəxsə tapşırmaq da haqsızlıqdır!
Azərbaycanda müalicə həkimindən tutmuş ta bütün Tibbi Sosial Ekspertiza Komisiyalarında, Dövlət Sosial Müdafiə Fondunun yuxarı və rayon şöbələrində və ƏƏSM nazirliyi sistemində rüşvətxorluq çarxını ən üst səviyyəyə qaldıran xalqda deyil, əlil-zəlil insanların təqaüdünü kəsib ölümə məhkum edən Sahil Babayevin arxasında duran dövlət mənsublarıdır?!
Bəs, xalqın əlil kəsiminin başına Sahil Babayevin əlilə gətirilən fəlakətə dövlətin yuxarı orqanları göürür və susur, heç bir tədbir də görmürlər!..
Deməli, ölkədəki əlil insanların yaşamasının son ümid yeri olan təqaüdlərin kəsilməsi tək nazir Sahil Babayev işi deyil, bu göstərişi nazirə verən yüksək vəzifə sahibləri var!..
Nöbəti yazıda onlardan danışacağıq-xalqa düşmən kəsilənlərdən...
Səkinə