İYUL AYININ PENSİYALARI HESABLARDA...
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi paytaxt üzrə pensiya və təqaüdlərin iyul ayının 8-də hesablara köçürüləcəyini elan etsə də, proses bir sutka ləngiyib.
Paralel.az xəbər verir ki, artıq bu gün səhər saatlarından etibarən pensiyaçılar pullarını çıxarmaq üçün bankomantların qarşında növbəyə durublar.
Əməkdaşımız prosesi canlı izləyib və bankomatın qarşısında növbə gözləyən vətəndaşlarla söhbət edib. Ümuni fikir belədir ki, pensiyalar minimal yaşayışı təmin edəcək məbləğdə olmasa da, ən azı onun vaxtında verilməsi müsbət hadisədir. Başqa sözlə, vətəndaş dükana, kommunal xidmətlərə borclu qalmadan xərclərini ödəyə və əlində qalan vəsaiti qənaətlə günlər üzrə paylaşdıra bilir. Bu baxımdan, Nazirliyin operativ fəaliyyəti təqdirəlayiqdir.
SƏMA