Jessy, qaç, gir çim, sular kəsiləcək!

Jessy, qaç, gir çim, sular kəsiləcək!
 
Aşağıda nəql edilənlər tam reallıqdır. Almaniyada doktorluq oxuyan gənc alim xanım və onun alman rəfiqəsinin Bakıda başına gələn hadisələrdir.
" Mənim Jessy adlı alman rəfiqəm var. Azərbaycanı çox sevir. 3 ildir hər dəfə mənimlə Bakıya gəlməyə hazırlaşır, amma nəsə alınmır. Bayaq zəng edib ki, bu yay gedəcəksən Bakıya? Vaksinlərim olunub mən də gəlim səninlə...
Nə isə... Danışdıq qurtardıq, başladım fikirləşməyə ki, bəs qıza haraları gəzdirim, nələr edək ki, məmnun getsin.
"Şəhərin mərkəzindəki ən gözəl yerləri, ən yaxşı restoranları gəzib axşam taksi ilə qayıdırıq evə. Jessy çayını içə-içə agiz dolusu təəssüratlarını danışarkən birdən saata baxdır və təlaşla "Jessy, yarım saatın var, qaç gir çim, sular kəsiləcək", dedim. Jessy təəcüblə baxdı, eşitdiyi sözün təsiri altında hamama qaçdı.
Gecə saat təxminən 12-idi. Jessy isə hələ də suyun saatlarla verilməsini, amma korona səbəbiylə kommunal xidmətlərin günü-gündən bahalanması barədə suallar verirdi ki, birdən işıqlar sönür. Biz sakitcə - yataq, səhərə yanar yəqin deyərkən, Jessy ikinci şokun təsirindən çıxmaga çalışırdı.
Səhər yenə də şəhərin gözəlliklərinə baxmaq üçün mərkəz tərəfə yollanırıq. 40 dərəcə istidə Jessy kölgələnmək üçün azı 10 dəqiqə gəzib amma bir dənə də olsun ağac tapa bilmir. Günvurmadan Jessy'ni yaxındakı poliklinikaya çatdırdım. Müayinə üçün başqa kabinetlərə yönləndirilirik.
Hər kabinetdə Jessy göstərdiyi tibbi sığorta sənədinə, istədiyi qəbzlərə heç kəsin əhəmiyyət vermədiyini görəndə, bizdə hələ də tibbi sığortanın olmadığını deyirəm. Verdiyi suallara cavab olaraq yüngül vakalarda insanların borc-xərc edib özləri müalicə olunduğunu, digər hallarda isə xalqın yığışıb bir-birinin kartına pul göndərməklə əməliyyat, müalicə xərclərini qarşıladığını demək məcburiyyətində qaldım. Jessy burada növbəti travmanı aldır, təzyiqi daha da yüksəldi.
Poliklinikadakı "hörmət" lərdən sonra evə qayıtmaq üçün taksiyə pul qalmadı. Dayanacağa çatıb avtobusda birtəhər özümüzə yer edib getdik.
Birdən yolda sürücülər arasında anlaşılmazlıq baş verdi, bahalı maşından düşən bir kəs avtobusa girdi. Əslində haqlı tərəf olan sürücünü elə yerindəcə döyüb, söyüb, təhdid etdi. Heç kim qarışmır, səsini də çıxarmır.
Sonra qaldığımız yerdən yola davam edirik. Hüquqşünas olan Jessy gördükləri qarşısında bayılmaq dərəcəsinə çatır, amma pandemiya vaxtı sosial məsafənin maksimum 2 mm. olduğu avtobusda bayılmağa da yer yoxdur. Addımbaşı sifarişlə dayanan avtobus nəhayət bizim dayanacağa çatdı. Kart sisteminin illərdir şəhərin hələ də biz tərəflərə gəlib çatmadığı üçün sürücüyə 40 qəpik verib düşürük.
Evə çatan kimi Jessy əllərini yumaq üçün hamama qaçdı və oradan "bıy, suya çatmadıq" sədaları eşitdik. 
Keçmiş olsun.  Sizin və qonağınız Jessinin başına gələn faciəvi, bir az da yerli reallığa xas tragikomik hadisələr silsiləsindən çox mütəəssir oldum. Jessi Azərbaycanı Distant sevsəydi, ona da, xalqımıza da daha yaxşı olardı. Biz ölkəmizin bir nəfər pərəstişkarını və gələcəkdə 100-lərlə alman turistini də belə itirdik ....
Jessi burda gördükləri əsasında indi öz vətənində film-ujas çəkə bilər, əminəm ki, bu film Oskar alar.
Həm də onun sizə hörməti artacaq, deyəcək ki, belə "dəlixana"da yaşayaraq, necə normal insan olaraq qala bilmisiniz?
 
ŞAHNAZ
 
0.013856887817383