İsrail mina təmizləməkdə yardımçı olacaq

İsrail mina təmizləməkdə yardımçı olacaq
 

Qarabağın yenidən qurulmasında Astana təcrübəsindən yararlanmaq lazımdır

Qeyri-rəsmi məlumatlara görə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədilə İsraillə Azərbaycan arasında danışıqlar xeyli müddətdir ki, davam edir. Hətta, bəzi hərbi ekspertlər İsrailin minatəmizləmə təcrübəsini yüksək qiymətləndirərək bildirir ki, rəsmi Təl-Əvlvlə bu sahədə razılaşma əldə edilsə, Ermənistandan minalanmış sahələrin xəritəsini belə tələb etməyə ehtiyac qalmayacaq. Çünki israilli mütəxəssislərin hazırladığı yəni qurğular minaları məsafədən hiss etmək qabiliyyətinə malikdir.

Bu gün Azərbaycan KİV-lərində dərc edilən məlumatlara görə, İsrail hökuməti işğaldan azad edilmiş ərazilərdə minalı sahələrı təmizləməklə yanaşı, bu zonada həm də kənd təsərrüfatı ilə məşğul olmaq arzusunu açıqlayıb. Fikrimizcə, bu Azərbaycan üçün çox gözəl fürsət olmaqla yanaşı, həm də bir təcrübə nümunəsi olmalıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərin potensialı araşdırılmalı, marağı olan dövlətlərə və şırkətlərə biznec-layihələr təklif edilməlidir. Həmin biznes strukturları öz biznes maraqları xatirinə, istər-istəməz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına öz töhfəsini verəcək.

Məsələn, Laçında və Kəlbəcərdə fəaliyyət göstərmək istəyən bir turizm şirkəti müqavilə şərtləri əsasında otel, ictimai-iaşə obyekti və s. kimi infrastrukturlar yaratmalı olacaq ki, ən azı bu quruculuq işinə böyük töhfədir. Dünyada belə təcrübə kifayət qədərdi. Bizə məkan baxımından yaxın olan, çox uzaq keçmişi olmayan bir təcrübəni oxucularla bölüşmək istərdik. Qazaxıstanın indiki paytaxtı Astana (keçmiş Selinaqrad) şəhəri 30 il əvvəl böyük bir dəmiryolu stansiyası ətrafında salınmış qəsəbəni xatırladırdı. İndi Nursultan adı ilə inkişaf etməkdə olan Astana Nyu-Yorku xatırladır. Həmin şəhərın tikintisinə 70 milyard dollar sərmayə qoyulub ki, bunun da cəmi 25 milyardı dövlət büdcəsi tərəfindən ayrılıb. Sərmayənin qalan hissəsi biznes maraqları olan şirkətlər və dövlətlər tərəfindən yatrılıb.

Fikrimizcə, işğaldan azad edilmiş ərazilərin bərpasında Astana təcrübəsindən yararlanmaq nəyinki mümkündür, hətta, Qarabağ bu baxımdan daha şanslıdır. Çünki münbit torpaqları, turizm potensialı və tükənməz sərvətləri var.

Akif Nəsirli

 

 

0.015524864196777