Azərbaycanda mina can almaqda davam edir

Azərbaycanda mina can almaqda davam edir
 

 Şair Ramaldanov: "Vətəndaşlarımız anlamalıdır ki, minalı sahəyə keçməklə nə qədər qazanc əldə etsələr də, bu onlara insan üçün qiyməti olmayan həyatları bahasına başa gələ bilər"

Paralel.az xəbər verir ki, Azərbaycanda mülki şəxslərin işğaldan azad edilmiş ərazilərə qeyri-qanunu daxil olması nəticəsində minaya düşməsi halları hələ də müşahidə olunmaqdadır.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə bu gün polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olaraq iki vətəndaşın minaya düşdüyü partlayış yerinə yaxınlaşıblar. Bu zaman onlar Nuru Nuriyevin artıq həlak olduğunu görüblər. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu da ərazidən təhlükəsiz şəkildə çıxarıb xəstəxanaya təhvil veriblər. 

İşğaldan azad edilmiş ərazilərin hüquq-mühafizə orqanları tərəfindən tam təcrid edilməsi mümkün deyilmi?

Paralel.az-a danışan Ramaldanov bildirdi ki; "Kifayət qədər maarifləndirmə işıq aparılır, plakatlar asılıb, o ərazilərə aparan yollarda nəzarət məqsədi ilə polis və hərbi postlar qurulub, bundan artıq heç nə etmək olmaz. Baxın, bu gün həlak olan şəxs bu əməlinə görə 30 sutka həbsdə yatıb, yəni tənbeh cəzası alıb, amma bunun ardınca qanunu təkrar pozub, bu isə ona həyatı bahasına başa gəlib. Bu yolda keçid ola-ola yolun hərəkət hissəsindən keçərkən maşının altına düşən piyadaya bənzəyir. Bu yolverilməzdir, vətəndaşlarımız anlamalıdır ki, minalı sahəyə keçməklə nə qədər qazanc əldə etsələr də, bu onlara insan üçün qiyməti olmayan həyatları bahasına başa gələ bilər".

Akif

0.019680023193359