Şəhər sakini liftin şaxtasında köməksiz vəziyyətdə qaldı

Şəhər sakini liftin şaxtasında köməksiz vəziyyətdə qaldı
 

Paralel.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində 1 nəfərin liftin şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, müəyyən olunub ki, vətəndaş tikintisi başa çatmayan binanın zirzəmisində olarkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan boşluğa yıxılıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı şaxtadan çıxarıblar. Xilas olunan şəxs hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Paralel.az

0.07732892036438