Azərbaycanlı alim tütündən vaksin hazırlayıb?!

Azərbaycanlı alim tütündən vaksin hazırlayıb?!
 

Ədalət Rüstəmöv: "Azərbaycan alimlərinin böyük potensialı var, amma ölkə sərhədləri daxilində buna şərait yoxdur"

Paralel.az xəbər verir ki, Azərbaycan informasiya məkanında belə bir məlumat yayılıb ki, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tütündən koronavirusa qarşı peyvənd hazırlayıb. Bu peyvənd sınaq mərhələsinə girib. Bu, o mənaya gəlir ki, klinik sınaqlardan keçərsə, gələcəkdə həmin vaksinin istehsalı mümkün ola bilər. Ümumidünya Səhiyyə Təşkilatından da bildirilib ki, sözügedən peyvənd klinik sınaqlardan uğurla keçərsə, istehsalı mümkün ola bilər.

Məsələ barədə fikrini öyrəndiyimiz həkim Ədalət Rüstəmov bildirdi ki, bəli, Azərbaycan alimlərinin böyük potensialı var, amma ölkəsərhədləri daxilində buna şərait yoxdur: "Elə bu səbəbdən də akademik Tərlan Məmmədov bu vaksini Antalyanın "Ak Dəniz" universitetində rəhbərlik etdiyi tədqiqat qrupu ilə birlikdə əldə edə bilib. Vaksininə üstünlüyü bitki mənşəli olmasıdı, hazırda istifadə edilən vaksinlər in heç biri bitki mənşəli deyil. Hazırda sınaq mərhələsində olan yüzlərlə vaksin var, onlardan da biri bu vaksindir. Arzu edək ki, vaksini uğurla klinik sınaqlardan keçsin və həyata vəsiqə alsın, fəxrimiz olardı".

Akif

0.083812952041626