Putinlə Paşinyan dünən nələrdən danışıb?

Putinlə Paşinyan dünən nələrdən danışıb?
 

Əli Əliyev: "Sünükdən tikilən rus hərbi bazası Azərbaycan üçün təhdid kimi dəyərləndirilməlidir"

Paralel.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş zamanı hər hansı bir sənəd imzalamayıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, sözünə davam edərək bildirib ki, görüş zamanı Qarabağ məsələsi və ikitərəfli münasibətlər müzakirə olunaub. Görüş zamanı Vladimir Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq.

Qeyri-rəsmi məlumatlara görə görüş zamanı Rusiya sərhədçilərinin Azərbaycan-Ermənistan sərhədində mövcudluğunun genişləndirilməsi də müzakirə edilib. Məsələyə münasibət bildirən, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, dünyada hər hansı bir ölkənin sərhəddinə üçüncü dövlət qoşunlarının yaxınlaşması hərbi təcavüz kimi qiymətləndirilir: "Lakin nədənsə Azərbaycan hökuməti buna çox sakit yanaşı və bu adekvat mövqe sayıla bilməz. Azərbaycan hökuməti Sünikdə rus hərbi bazasının tikilməsinə heç bir reaksiya vermir, ele bil heç nə baş verməyib. Əslində Sünükdən tikilən rus hərbi bazası Azərbaycan üçün təhdid kimi dəyərləndirilməlidir. Mən daha çox sərhədlərimizi deyil, ölkə daxilində rus qoşunlarının orta olmasından narahatam, Azərbaycan cəmiyyəti bundan narahat olmalıdır".

Akif

0.032934904098511